Hüseyn Kərimov : - Reklam - Biznesə təkan verən qüvvə + FOTO

Hüseyn Kərimov : Reklam - Biznesə təkan verən qüvvə + FOTO

Azərbaycan müstəqilliyini əldə edəndən sonra azad ticarət və istehsalın inkişafı, yeni iş yerlərinin açılmasına və iqtisadiyyatın dirçəlməsinə səbəb oldu. Vaxtilə bizlərə xülya kimi görünən müxtəlif sənaye, tikinti, tekstil, qida və digər məhsullar indi xaricdən idxal olunmaqla yanaşı, ölkəmizdə də istehsal olunur. Rəqabətin nə olduğunu anlayan sahibkarlarımız ilk növbədə istehsal etdikləri məhsulun keyfiyyətinə daha çox önəm verirlər. Başqa cür ola da bilməz. Çünki bazar iqtisadiyyatının sərt qanunları iş adamlarından istehsal etdikləri məhsullara və xidmət göstərdikləri sahələrə yüksək səviyyədə yanaşmalarını tələb edir. Məhz bu yanaşma tərzi onları digərlərindən fərqləndirir və birincilər sırasına qaldırır. Lakin hər bir halda istehsal olunan məhsulun və təqdim edilən xidmətin istehlakçıların diqqətinə və nəzərinə çatdırılması üçün düşünülmüş təqdimat və reklam strategiyası olmalıdır. Reklam olunan məhsul və xidmət şişirdilmədən, dolğun və ətraflı surətdə real həyatda öz əksini tapmalıdır. Yəni istehlakçı ekrandan, efirdən, banerlərdən və qəzet səhifələrindən gəl-gəl deyən hər hansı məhsulun və xidmətin reklamının təsiri altına düşərək aldatılmamalıdır. Hər şey dürüst şəkildə olmalıdlr. Əfsuslar olsun ki,əksər hallarda bu məqam önəm daşımır. İstehlakçı reklamın əsirinə çevrilərək aldatılır. Misal üçün bankların cəzbedici reklamlarına nəzər salaq. Belə ki, onminlərlə insan müxtəlif bankların şirnikləndirici reklamları vasitəsilə təklif etdikləri xidmətlərin toruna düşürlər. Sözdə bir, əməldə təmamilə ayrı hallarla üzləşən insanlar banklarla müqavilə bağladıqdan sonra çətin bir vəziyyətə düşdüklərinin fərqinə varırlar. Əlbəttə bu işdə aldadıcı reklamın və söz oynunun rolunun nədən ibarət olduğu heç kəsə sirr deyil... Bu da aldadıcı reklamın təsiri. Burda uduzan sadə xalq olur. Axı niyə ? Yəqin ki, nə vaxtsa bu sualın cavabı tapılacaq.Reklamın mənəvi və psixoloji təsiri də var. Bəzən eyni adam tərəfindən hansısa şirkətin təqdim etdiyi müxtəlif məhsulların mütəmadi reklamı, əndazəni o qədər aşır ki, hər yerdə təbliğ olunduğundan, beyni və gözləri yorduğundan insanlar tərəfindən haqlı olaraq narazılıqla qarşılanır. Bundan əlavə televiziyalarda yayımlanan müxtəlif reklam çarxlarında yaş həddini tənzimləyən rəqəmlərin göstəriməməsi, reklamın hansı yaş qrupuna aid olmasını təyin etməkdə insanlara çətinlik yaradır. Yəni insanlar öncədən məlumatlandırılmır. Bir məqamıda nəzərdən qaçırmayaq. Bildiyimiz kimi tele kanallarda ayrı-ayrı verilişlərə müxtəlif şirkətlər sponsorluq edirlər. Bu sponsorlar qida, parfümeriya, elektrik, tekstil, tikinti və s. məhsulları təqdim edirlər. Aparıcılar həmin şirkətlər və onların təqdim etdiyi məhsullar haqda tamaşaçılara ağızdolusu məlumat verirlər. Maraqlıdır bu canfəşanlıq həqiqətənmi onların həmin məhsullar və xidmətlər haqda müsbət fikrə malik olmalarından qaynaqlanır? Yoxsa?... Nəisə... Uzun müddət reklam sahəsində çalışan bir şəxs kimi deyə bilərəm ki, şirkətlərin cəmiyyətdə tanınmalarında, məhsul və xidmətlərini istehlakçıların diqqətinə çatdırılmasında reklam ən önəmli və potensial vasitədir. Bu məsələdə şirkət rəhbərləri reklam siyasətinin düzgün qurulmasında və effektli olmasında böyük təcrübəyə və bacarığa malik olan mütəxəssisləri cəlb etməli, yaradıcı və yeni fikirlərin həyata keçməsinə yaşıl işıq yandırmalıdırlar. Burda məhsulun və xidmətin keyfiyyətli olması da böyük önəm daşıyır. Unutmamaq gərəkdir ki, çəkici dizayn və məntiqi sloqan reklamın uğurlu olacağına bir halda tam zəmanət verir ki, təklif olunan məhsul və xidmət təqdimata uyğun gəlsin. Belə olan halda həm istehlakçı, həm də şirkət qazanır. Düşünürəm artıq şərhə ehtiyac yoxdur. Tərəqqini əsas götürən hər bir sahibkar təqdim etdiyi məhsulun və xidmətin yüksək keyfiyyətə malik olmasında daim maraqlı olmalıdır. O ki, qaldı reklama o biznesə təkan verən qüvvədir.

 

Hüseyn Kərimov 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !