Sədərək rayonunda təşkil olunan şahmat turnirinin qalibləri müəyyənləşib -

Sədərək rayonunda təşkil olunan şahmat turnirinin qalibləri müəyyənləşib

Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon Şahmat Məktəbində 2 Fevral - Gənclər Günü münasibətilə məktəblilər arasında keçirilən şahmat turnirində 32 nəfər yeniyetmə və gənc zəka sahibi qüvvəsini sınayıb.

 

AZƏRTAC xəbər verir ki, Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə reallaşan turnirin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev gəncləri bayram münasibətilə təbrik edib. O, Gənclər Gününün mahiyyətindən danışaraq gənclərimizə dövlət səviyyəsində daim diqqət və qayğı göstərildiyini qeyd edib. Etibar Əliyev gənclərin idman yarışlarına kütləvi şəkildə cəlb edilməsinin onların sağlam ruhda böyümələri üçün ən vacib amillərdən biri olduğunu deyib.

 

Sonra yarışa start verilib.

 

Olimpiya sistemi ilə keçirilən turnirin yekun nəticələrə görə turnirdə oğlanlar arasında I, II, III yerləri müvafiq olaraq Sədərək kənd 1 saylı tam orta məktəbinin şagirdləri Gökhan Hüseynov, Yasin Səlimzadə və Murad Səlimli, qızlar arasında I yeri Sədərək kənd 1 nömrəli tam orta məktəbinin şagirdi Nurgül Qurbanova, II yeri Sədərək kənd 2 nömrəli tam orta məktəbinin şagirdi Zeynəb Cəlilova, III yeri isə Sədərək kənd 1 nömrəli tam orta məktəbinin şagirdi Ərkinaz Əhmədova tutub.

 

Qaliblərə turnirin təşkilatçıları tərəfindən diplomlar təqdim olunub.

 


Fotolar AZƏRTAC - ındır 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !