Gənc Əkinçi Akademiyası davam edir - + FOTO

“Gənc Əkinçi” Akademiyası davam edir + FOTO

“İRƏLİ” İctimai Birliyi tərəfindən keçirilən “Gənc Əkinçi” Akademiyası davam edir.


Layihənin birinci və ikinci günləri müxtəlif mövzularda mətbuat, KİV haqqında təlimlər keçirilib. Gənc iştirakçılara“Araşdırma jurnalistikası” haqqında 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Modern.az saytının baş redaktoru, Azərbaycan Parlament Jurnalistləri Birliyinin rəhbəri Elşad Eyvazlı tərəfindən maraqlı faktlara əsaslanan təlim keçirilib və eyni zamanda da araşdırma jurnalistikasının çətinliyi vurğulanıb. Gənc iştirakçılara yeni vasitələrdən istifadə metodları haqqında geniş məlumat verilib. Keçirilən təlimlər maraqlı yazı müəllifləri qalibləri müəyyənləşdirilib və kitablarla mükafatlandırılıb.
Layihə iştirakçıları bir neçə gün ərzində müxtəlif təlim sessiyaları, maraqlı simuliyasiya oyunları, ictimai müzakirələrdə iştirak edəcəklər. Gənc iştirakçılarla “Azərbaycanda keyfiyyətli təhsil modeli” mövzusunda mətbuat konfransı simuliyasiyası təşkil edilib. Bu mövzu haqqında təkliflər dinlənilib və təhsildə olan boşluqlar, onların səbəbləri mövzusunda diskusiyalar olub.


“Gənc Əkinçi” Akademiyasında iştirakçı qismində çıxış edən gənclər “Səssiz fikir” adlı bir proqram ilə tanış olmuş, bundan əlavə müxtəlif mövzularda İctimai müzakirə aparmışlar.


“Gənc Əkinçi-2” gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq. Əsas hədəflərindən biri də Milli mətbuatımızın ilk nümunəsi olan tarixi “Əkinçi” qəzetininyaşadılması və gənclər arasında təbliğidir.

 

FOTO : Rüstəm İsmayılov 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !