MASALLI RAYONUNUN SIĞDAŞ VƏ BABAKÜCƏ KƏNDLƏRİNƏ TƏBİİ QAZ VERİLDİ - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLI RAYONUNUN SIĞDAŞ VƏ BABAKÜCƏ KƏNDLƏRİNƏ TƏBİİ QAZ VERİLDİ + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Xəbər verdiyimiz kimi bu gün, yanvarın 25-də Masallı rayonunun Sığdaş və Babaküçə kəndlkərinə təbii qazın verilməsi münasibəti ilə açılış mərasimi olmuşdur.
Bununla bağlı keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Masallı RİHB-nin Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrafil Əliyev açmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynov Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizin hər yerində olduğu kimi rayon ərazisində də geniş tikinti, abadlıq-quruculuq işlərindən, habelə ərazilərin sosial problemlərinin həllindən danışmışdır.
Sakinlərdən təqaüdçü Hacı Dadaş Məmmədov, ziyalı Pakizə Şahmarova və başqaları çıxış edərək əraziyə təbii qaz verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Rəfail Novruzov bildirmişdir ki, Sığdaş və Babaküçə kəndlərinin qazlaşdırılması üçün 24500 paqonometr müxtəlif diametrli borularla qaz xətləri çəkilmiş, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır. Sığdaş kəndində 259, Babakücə kəndində isə 166 ailəyə təbii qaz verilmişdir.
Tədbirdə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli alovlandırılmışdır. Qonaqların iştirakı ilə Sığdaş kənd sakini Malik Bağırovun evində qaz yandırılmış, xanımı Tərifə Bağırova qonaqlara çay süfrəsi açmışdır.
Hazırda Masallı rayonunun daha 6 kəndində (II-ci Yeddioymaq, Şıxlar, Qasımlı,Bala Təklə,Qodman və Xanalion kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
ƏLİHÜSEYN ŞÜKÜROV.
Masallı rayonu. 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !