AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA -

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 22-dən 28-dək Strasburqda səfərdə olacaqlar.
Nümayəndə heyətinə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri - Parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Qənirə Paşayeva, Elxan Süleymanov və Müslüm Məmmədov daxildirlər.
Sessiya çərçivəsində qurumun Nazirlər Komitəsinin, Daimi Komitəsinin və Bürosunun hesabatları dinləniləcək, Bolqarıstanda keçirilmiş prezident seçkilərinin, Makedoniyada parlament seçkilərinin nəticələri, Avropada media azadlığı və jurnalistlərə qarşı zorakılıq, Qəzzada humanitar böhran, Onlayn media və jurnalistika, Ukraynada demokratiya institutlarının fəaliyyəti, Livanda vəziyyət, Avropanın təhlükəsizliyi, həmçinin regionun stabilliyi üçün risklər və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Sessiyada Almaniya, Fransa, Finlandiya, Danimarka, Avstriya və Çexiyanın AŞPA qarşısındakı öhdəliklərinin də müzakirəsi nəzərdə tutulmuşdur.
Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

Milli Məclisin
Mətbuat xidməti  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !