TƏHLÜKƏSİZLİK, MÜDAFİƏ VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ -

TƏHLÜKƏSİZLİK, MÜDAFİƏ VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Yanvarın 19-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi. İclasda üç qanun layihəsinə təklif olunan dəyişikliklər və bir yeni qanun layihəsi müzakirə edildi.
Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, gündəlikdə olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”nə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə təklif olunan dəyişikliklər texniki xarakterlidir. Belə ki, qanun layihələrinin müvafiq maddələrində yer alan “müdafiə nazirinin”, “Müdafiə Nazirliyi”, “milli təhlükəsizlik naziri və daxili işlər nazirləri” və “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “müvafiq icra hakimiyyəti orqanı rəhbərinin”, “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəzlənir. Dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanına müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması ilə əlaqədar mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır.
Eyni məqsədlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə də müvafiq dəyişikliklər təklif edilir. Dəyişikliyə görə, zabit heyəti vəzifələrini tutmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxsləri həqiqi hərbi xidmətə qəbul edərkən onlara yenidən attestasiya edilmə qaydasında, lakin tutduğu vəzifə və rütbəsi nəzərə alınmaqla təyin olunacaqları vəzifə üzrə nəzərdə tutulmuş hərbi rütbədən yuxarı olmayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti rütbəsi verilir.
Ziyafət Əsgərov iclasda ikinci oxunuş üçün müzakirəyə çıxarılan “Hərbi vəziyyət haqqında” Qanun layihəsi barədə də məlumat verdi. Bildirdi ki, birinci oxunuşda deyilən təkliflərin bir hissəsi nəzərə alınıb və layihə daha da təkmilləşdirilib. Layihədə hərbi vəziyyətin elan edilməsi, hərbi vəziyyət rejiminin təmin olunması, hərbi vəziyyət dövrü, bu dövrdə fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının təminatı, hərbi vəziyyət zamanı prokurorluq və qanunvericilik orqanlarının fəaliyyəti və digər məsələlər barədə müddəalar ətraflı şəkildə əksini tapıb.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !