Milli Məclisin İnsan hüquqları komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirildi -

Milli Məclisin İnsan hüquqları komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirildi

Yanvarın 19-da Milli Məclisin İnsan hüquqları komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin müavini, komitənin sədri Bahar Muradova millət vəkillərini yeni ilin və sessiyanın başlanması münasibəti ilə təbrik etdi, qarşıdakı sessiyada onlara uğurlu fəaliyyət arzuladı. Sonra o, ötən sessiya ərzində komitədə görülən işlərdən danışdı. Bildirildi ki, 2016-cı il payız sessiyasında komitənin 2 iclası keçirilib, bu iclaslarda 5 məsələ müzakirə olunmuşdur. Bu sənədlərdən üçü - “Dini etiqad azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” qanunlarda dəyişikliklər və “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihələri Milli Məclisin plenar sessiyasında müzakirə edilərək qəbul edilib.
Vitse-spiker qeyd etdi ki, payız sessiyası dönəmində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan 849 sənəd daxil olub. Bu sənədlərdən 447-si komitə adından baxılması üçün müvafiq orqanlara göndərilib və tam əksəriyyəti müsbət həllini tapıb. Bahar Muradova komitə sədri kimi hesabat dövründə 114 nəfəri şəxsən qəbul etdiyini, komitənin işçiləri tərəfindən 175 vətəndaşın dinlənildiyini, onların qayğı və problemlərinin həllində lazımi köməklik göstərildiyini dilə gətirdi.
Millət vəkilləri Yevda Abramov, Əflatun Amaşov, Tahir Kərimli, Astan Şahverdiyev, Elman Nəsirov, Hikmət Məmmədov, Flora Qasımova, Sona Əliyeva çıxış edərək komitənin payız sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Bahar Muradova komitənin 2017-cı il yaz sessiyası üçün qanunvericilik işləri planı barədə də məlumat verdi, müzakirələrdən sonra iş planı təsdiqləndi. Vitse-spiker qarşıdakı sessiya müddətində komitədə ölkə Prezidentinin sərəncamına əsasən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması, Xocalı soyqırımının 25 illiyi, 1 iyun – Uşaqları müdafiə günü, 18 iyun - Milli insan hüquqları günü ilə əlaqədar və digər bir sıra tədbirlər keçiriləcəyi barədə ətraflı məlumat verdi.
Daha sonra iclasda “İnformasiya əldə etmək haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxıldı. Sənədlə bağlı məlumat verən Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid bildirdi ki, Mülki Məcəllədə dəyişikliklər edilməsi ilə bağlı 29 dekabr 2015-ci il tarixli 98-VQD nömrəli qanunun tətbiqi ilə əlaqədar sözügedən qanuna dəyişiklik təklif edilib. Bu dəyişikliyin məqsədi publik hüquqi şəxslərin informasiya əldə etməsi ilə bağlı fəaliyyətlərinin tənzimlənməsindən ibarətdir. Millət vəkilləri qanun layihəsinə təklif olunan dəyişikliyi məqsədəuyğun hesab etdilər.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edildi.


Milli Məclisin
Mətbuat xidməti 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !