Parlamentin yaz sessiyasında ilk iclasına toplaşan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 12 məsələyə baxıldı -

Parlamentin yaz sessiyasında ilk iclasına toplaşan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 12 məsələyə baxıldı

Yanvarın 19-da parlamentin yaz sessiyasında ilk iclasına toplaşan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 12 məsələyə baxıldı.
Öncə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda qurban getmiş 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi ehtiramla yad edildi, 1990-cı ilin qanlı yanvar gecəsində həlak olan Azərbaycan övladlarının xalqımızın tarixində qəhrəmanlıq səhifəsi yazdığı vurğulandı.
Sonra komitənin sədri Ziyad Səmədzadə 2016-cı ilin payız sessiyasında görülmüş işlər barədə məlumat verdi. Bildirdi ki, 15 iclasda 85 məsələyə baxan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ölkənin qanunvericilik bazasının zənginləşməsində var gücü ilə çalışıb.
Fikir mübadiləsində deputatlar yaz sessiyasının iş planına təkliflər irəli sürdülər.
İclasda “Aviasiya haqqında”, “Mühasibat uçotu haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda edilən dəyişiklikləri komitəyə dəvət olunmuş sahə mütəxəssisləri şərh etdilər. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov aviasiya ilə əlaqədar deputatları narahat edən məsələlər barədə açıqlama verdi. Maliyyə Nazirliyinin təmsilçiləri sualları cavablandırdılar.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, İlham Əliyev, Cavid Qurbanov, Xanhüseyn Kazımlı, Şəmsəddin Hacıyev, Tahir Mirkişili qanun layihələrinə münasibət bildirdilər, təkliflərini diqqətə çatdırdılar.
Sonra Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklərə dair növbəti layihəni şərh etdi, daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı, beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu və digər məsələlər barədə məlumat verdi.
Deputatlar “Müflisləşmə və iflas haqqında”, “Reklam haqqında”, “Qrant haqqında”, “Gömrük tarifi haqqında” qanunlarda və Gömrük Məcəlləsində edilən dəyişiklikləri vacib saydılar. Azərbaycan hökuməti ilə Küveyt hökuməti arasında hava əlaqəsinə, Azərbaycanla Portuqaliya arasında iqtisadi əməkdaşlığa dair sazişlər müsbət dəyərləndirildi.
Müzakirələrin yekununda baxılan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !