20 YANVAR Azərbaycanın faciə və şərəf tarixidir - + FOTO

20 YANVAR Azərbaycanın faciə və şərəf tarixidir + FOTO

20 YANVAR Azərbaycanın faciə və şərəf tarixidir. Vətənin müstəqilliyi uğrunda canını fəda edən igidlərimiz öz qanları ilə mücadilə tarixinin qürur səhifəsini yazdılar.


20 YANVAR günü hər yerdə olduğu kimi Sumqayıt Dövlət Dram Teatrında da qeyd olunub.19 yanvar tarixində”N” saylı hərbi hissənin şəxsi heyəti teatra dəvət edilib.Öncə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Heseynbala Mirələmovun “Vicdanın hökmü” əsəri hərbçilər qarşısında oynanılıb.
Tamaşadan öncə teatrın direktoru İslam Həsənov hərbi hissədən gələn qonaqları salamlayıb.

Azərbaycan Ordusunda qulluq keçən insanlar qarşısında tamaşa göstərdikləri üçün qürur duyduğunu bildirib. Daha sonra Aprel döyüşlərini xatırladan natiq bu döyüşlərdə milli ordumuzun qazandığı qələbələri vurğulayıb.


Teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasında belə tamaşaların əvəzsiz rol oynadığını söyləyib. Hərbi hissənin komandiri Azərbaycan Ordusunun qüdrətindən danışıb.


Tamaşanın rejissoru əməkdar artist Namis Şirməmmədov tamaşada süjet xəttinin aktuallığını dilə gətirib və 20 YANVAR ərəfəsində bu tamaşanın göstərilməsinin hərbçılərimizin motivasiya edilməsində önəmli rol oynadığını bildirib.