AMEA Naxçıvan Bölməsində qarşıda duran vəzifələr geniş təhlil olunub -

AMEA Naxçıvan Bölməsində qarşıda duran vəzifələr geniş təhlil olunub

AMEA Naxçıvan Bölməsində Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasının yekunları və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrə həsr olunan tədbir keçirilib.
Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü ilə açaraq ötən il Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası üçün uğurlu bir il kimi yadda qaldığını qeyd edib.
Müstəqillik illəri bütün sahələrin inkişafında, o cümlədən də elmin inkişafında böyük imkanlar yaradıb-deyən akademik İsmayıl Hacıyev elm sahəsinə göstərilən хüsusi diqqət və qаyğıdan ətraflı danışıb. Bölmənin elmi-tədqiqat müəssisələrində müvaffiq istiqamətlər üzrə aparılan tədqiqatlarda və eləcə də elmi-təşkilati işlərdə bir sıra uğurlu naliyyətlərin olduğunu qeyd edən akademik ötən ildə aparılan elmi-tədqiqat işlərinin nəticələrindən geniş bəhs edib. O, bildirib ki, ötən ilin elmi-tədqiqat işləri 23 monoqrafiya, 15 kitab, 4 metodik vəsait, 560 elmi məqaləsi və konfrans materialı, 15 tezis olmaqla 617 elmi əsərdə öz əksini tapıb. (2015-ci ildə 571 əsər olub). Əsərlərdən 3 monoqrafiya, 1 kitab, 137 elmi məqalə və konfrans materialı, 7 tezis olmaqla 148-i xaricdə çap edilib. Ötən il 21 nəfərin 29 elmi məqaləsi impaktfaktorlu jurnallarda nəşr olunub ki, bu rəqəm 2015-ci ildə 23 olub. 2015-ci illə müqayisədə 2016-cı ildə əməkdaşların sayının az olmasına baxmayaraq 43 elmi əsər çox dərc edilib. Kitab və monoqrafiyaların çapı baxımından 2015-ci illə müqayisədə 10 monoqrafiya və 10 kitab çox işıq üzü görüb. Bununla yanaşı əməkdaşlar 1 beynəxalq, 4 respublika səviyyəli qrant layihələrində iştirak edərək qalib olublar.
Bölmənin 48 əməkdaşı respublikada və xaricdə 25 beynəlxalq simpozium və konfransda məruzələrlə çıxış edib.
Ötən il AMEA Naxçıvan Bölməsinin humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından ibarət olan “Xəbərlər” jurnalının, o cümlədən “Axtarışlar” jurnalının 4 nömrəsi çap olunub. Bölmənin Rəyasət Heyətində 26 kitab və monoqrafiyanın nəşr edilməsi tövsiyyə edilib. Bundan əlavə “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-etnoqrafik atlası, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi çapa hazırlanıb.
Tədbirdə əldə edilən bir sıra uğurlu naliyyətlərlə yanaşı, mövcud nöqsanlara da tоxunulub. İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənovun “2017-ci il Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi üçün işdə ciddi dönüş ili olmalı, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülməlidir”-sözlərini xatırladaraq qeyd edib ki, cari ildə bəzi əməkdaşlar öz işlərində dönüş yaratmalı, işlərindəki çatlşmamazlıqların, nöqsanların aradan qalxması üçün əməli tədbirlər görməlidirlər. Hər bir əməkdaş bu gününün tələblərinə uyğun aktual mövzu seçməli, elmimiz üçün əməli işlər həyata keçirilməlidir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru Taryel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktоru Əbülfəz Quliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru Əliəddin Abbasov çıxış edərək muxtar respublikada elmi mühitin canlandırılması və inkişaf etdirilməsinə öz töhfələrini verəcəklərini, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirəcəklərini bildiriblər.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !