Musiqili Teatrda "Silva" operettası tamaşaçılara təqdim olundu - + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Musiqili Teatrda "Silva" operettası tamaşaçılara təqdim olundu + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Musiqili Teatrın 2017-ci il üçün nəzərdə tutulan ilin ilk premyerası 11 yanvar saat 19.00-da İmre Kalmanın məşhur iki hissəli "Silva" operettası ilə tamaşaçılara təqdim olundu. Anşlaqla keçən premyera tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb. Əsərin süjet xəttinin əsasında böyük bir sevgi hekayəsi dayanır. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə qərar verən Edvini başqası ilə nişanlamağa hazırlaşırlar. Məhz bundan sonra dinamik hadisələr, gözlənilməz situasiyalar və maraqlı olaylarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və bu mübarizənin nəticəsində bir çox qaranlıq mətləblərə aydınlıq gəlir... Qeyd edək ki, Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Tamaşada rolları Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa edirlər.Əslində,nüfuzunu nəzərə alan bütün musiqili teatrlar öz repertuarını operetta kralı Kalmanın əsərləri olmadan təsəvvür etmilər."Silva"bizim teatrda da mütamadi oynanılıb.Musiqili teatrın tarixinə nəzər saldıqda görərik ki,hələ 1972-ci ildən teatrın repertuarında macar bəstəkarı İmre Kalmanın "Maritça","Bayadera","Silva" tamaşaları böyük tamaşaçı sevgisi ilə təqdim olunmuşdur.Sevimli rejissorumuz xalq artisti Cənnət xanım Səlimova teatrın rus bölməsində "Silva"operettasını təzələyib repertuara 2004-cü ildə yenidən daxil edərək böyük tamaşaçı kütləsinin ixtiyarına verərək,sözün əsil mənasında bir rezonans edə bilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !