DÖVRÜN TƏLƏBLƏRİNƏ UYĞUN - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

DÖVRÜN TƏLƏBLƏRİNƏ UYĞUN + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Yeni ilin ilk müsahibəsi

Qonağımız III dərəcəli “Vətənə xidmətə görə” ordenli Dövlət qulluğu veteranı, Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” media mükafatçısı Ələşrəf Niftiyevdir.

 

-Ələşrəf müəllim, Yeni iliniz mübarək! Ötən il yadınızda necə qalmışdır?

 

-Masalılı tanınmışlara həsr olunmuş “Hər kəsi qədrini yaşar” kitabım işıq üzü görüb. Yazıçılar Birliyinin üzvü seçilmişəm. Rayon ağsaqqalları məni özlərinə sədr seçmişlər.

 

-Ələşrəf müəllim, bilirik ki, ədəbi fəaliyyətə məktəb illərindən başlamısınız. İxtisasca filoloqsunuz. Mətbuat səhifələrində fasiləsiz məqalələriniz və tərcümələriniz çap olunur. Nə əcəb kitabınızı məhz 65 yaşında nəşr etdiniz?

 

-İnsan təcrübəsini, həyatda qazandığı bilik və bacarığını, mənalı ömür yolunun yükünü zənginləşdirib sonra paylaşsa yaxşıdır. Kitabımda bu mövzu önə çəkilib. “Məhsulum” da göz qabağındadır. Oxucu təşəkkürü mənə kifayətdir.

 

-Uzun müddət komsomol, partiya, sovet, mətbuat orqanında, 16 il RİH başçının müavini vəzifəsində çalışmısınız. Müasir gəncliyi necə dəyərləndirirsiniz? Onlara nəyi məsləhət görərdiniz?

 

-Hər dövrün öz tələbləri və həyat tərzi, normaları var. Sevinirəm ki, müasir gənclik inkişaf və səviyyəcə irəlidədir. İndiki bütün gənclər fəal olmalıdır. Müasir həyat onlardan daha çox işləməyi tələb edir. Əgər bir günü boş keçirdin, həyatdan arxada qalırsan. İndi, hesab edirəm ki, kollektivdə, (ailə və ictimai mühitdə) prinsiplik bütün dövrlərdə olduğu kimi indi də lazımdır. Arzu edirəm gənclərimiz cəmiyyətə, ailəsinə, çalışdığı kollektivə başuçılığı, şərəf və ləyaqət, əsl gənclik təravəti və yeni ab-hava gətirsin. Ağsaqqalları, özlərindən istedadlı, savadlı şəxsiyyətlərə hörmət və ləyaqət bəsləsinlər. Heç kəsə ziyan vurmasınlar. Ailənin, yaşadığı yerin adına şərəf gətirsinlər. Azərbaycan adını uca tutusunlar, cəmiyyətə xələl gətirən amillərdən uzaq olsunlar. Çox şadam ki, Masallı böyük-kiçik münasibətində həmişə birinci olub və ənənə yaşayır.

 

-Masallı kimi böyük rayonunun ağsaqqallar çəmiyyətinə başçılıq edirsiniz. Fürsətdən istifadə edib Sizi təbrik edirik. Yeni il münasibətilə ağsaqqallarımıza səmimi arzularımızı çatdırırıq. Ağsaqqalın cəmiyyətdə rolu və yeri barədə nə deyərdiniz?

 

-Ağsaqqalla, böyüyə, xidmətdə fərqlənən savadlı və istedadlı şəxsiyyətlərə hörmət bizlərdə ta qədimdən ənənə və insani dəyər kimi təşəkkül tapıb. Dünyaya baxış, tərəqqi və inkişaf nöqteyi nəzərindən etika, nümunəvi davranış qaydaları unudulmamalıdır. Lap nə qədər Avropa mədəniyyəti, sivil ölkələrin mütərəqqi qayda – qanunlarının təsirini hiss etsək də milli mənəvi dəyərlərimizi, dilimizi, adət-ənənələrimizi, mədəni irsimizin incilərini mütləq qoruyub saxlamalıyıq.

 

-Bəs dəbdəbə, bəzən hərislik göstərmək hallarına necə baxırsınız? Ağsaqqallar bu barədə necə fikirləşir?

 

-Şübhəsiz, maddi təminat bütün hallarda vacib şərtdir. İfrat həmişə ifrat doğurur. Hər şey öz dərəcəsində və həcmində gözəldir, bu qaydada fayda və səmərə verir. Amma heç də hər vaxt hər yerdə, hər şeydə maddiyyat həlledici sayıla bilməz. Məgər təmizlik, mərhəmət və xeyirxahlıq, qəhrəmanlıq və mübarizlik, məhəbbər və sevginin, ləyaqətin qiyməti və ölçüsü, varmı? O şeylər ki, çəkiyə, ölçüyə və normaya gəlir, onlar hələ hər şey demək deyil. Düzdür, səxavətin və nifrətin də ölçüsü olmalıdır. Deyirlər nə çox şirin ol ki, səndən doyalar, nə çox acı ol ki, usanıb səni tullayalar. Bu mənada hər kəsə bəxş edilmiş gənclik, vəzifə, qismət olmuş maddiyyat , gözəllik, uca qamət, müdriklik, istedad, lap qocalıq və ağsaqqallıq da, bunların hamısı bizlərə əmanətdir. Yaradanın bu qismət paylarına xor baxıb xəyanət etmək, onları qəsb etmək, belə dəyərləri qənimət bilmək təəsüfləndirici və günah işlərdir. Bunlar hamısı halallıq və xeyirxahlıqla, ağılla bölüşdürülüb paylaşdırılıb, xərclənib vaxtında yiyəsinə qaytarılmalıdır. Zənnimcə, yaşlı adamlar özləri üçün heç nəyi əbədi saxlamır. Bilik, bacarıq və əlindən gələni gələcək nəsillərin istifadəsinə verir ki, onlar da yaxşı mənada estafeti özlərindən sonrakılara fəxrlə ötürsünlər.

 

-Ağsaqqal, həm pedaqoq, həm tərbiyyəçi kimi bilirik ki, uşaqları çox sevirsiniz. Bu barədə nə deyə bilərsiniz?

 

-Uşaqlar bizim gələcəyimizdir. Onların tərbiyəsi və gələcəyi valideyinlərin nigaha daxil olmadığı dövrdən başlamalıdır. Elə bilirəm bu barədə fikirlərimi, mövqeyimi bir neçə il əvvəl çapdan çıxmış “Kiçiklərə, böyüklərə və hər kəsə” kitabımda aydın təsvir etməyə çalışmışam.

 

-Şuranın fəaliyyətinə nə yenilik gətirmək fikrindəsiniz.

 

-Ulu öndər Heydər Əliyevin ağsaqqallara verdiyi qiymət, bütün sahələrdə olduğu kimi bu məsələdə də ümummilli liderin tövsiyələrinin və strateji xəttinin layiqli davamçısı İlham Əliyev cənablarının bizlərə göstərdiyi diqqət və qayğı, tövsiyyələri, habelə Masallı RİH başçısı cənab R. Hüseynovun rayona gəldiyi ilk günlərdən başlamış bizlərlə vaxtaşırı görüşləri gündəlik fəaliyyətimizdə böyük köməklik və istiqamət rolunu göstərir. Başlıca məqsədimiz cəmiyyətin idarə olunmasında, dövlətçiliyimizin möhkəmlənməsi, Azərbaycanımızın, o cümlədən rayonumuzun sosial-iqtisadi inkişafı üçün təbliğat, marifləndirmə və şəxsi iştirakımızla mövqe və səylərimizi, nüfuz və təsir vasitəmizi göstək. Ağsaqqalın sayılması, hörmət və nüfuzunun artması, onların xidmətlərinə iştimai və mənəvi qiymət verilməsi üçün müxtəlif tədbirlərdən istifadə etməklə hamını bu nəcib, duyğusal zümrəyə hörmət qılmağa, onlardan xeyirli məsləhət almağa səfəbər etmək və qayğıkeşlik tədbirlərini gücləndirməkdən ibarətdir.

 

-Nəhayət, təqaüdə çıxdıqdan sonra təxminən hər il bir kitab yaza bilmisiniz. 2017-ci ildə bu ənənə pozulmayacaq ki?

 

-Fikirləşirəm, daha kifayyətdir, ancaq ölkə yazıçılarının cərgəsinə daxil olmağımla bağlı oxucularıma gərək heç olmasa yeni bir kitab töhvə verəm. Bu mənada Xalq şairimiz Zəlimxan Yaqubun sözlərini başlıq seçdiyim “Vur-tut yaşamağa bir ömrümüz var” kitabımı nəşr etdirmək fikrindəyəm. Elə bilirəm bu dəfəki nəşrdə sadiq qaldığım mənəviyyət və cəmiyyət problemləri mövzusuna həsr olunacaqdır.

 

-Eşitdik ki, Yeni il ərəfəsində şuranın işində yaxından iştirak edən, vaxtilə xidmətdə fərqlənmiş fəallara baş çəkib Fəxri fərman və hədiyyələrlə onları sevindirmisiniz. Bu il masalılı tanınmışların xatirə və yubley tədbirlərini keçirməyi planlaşdırırsınızmı?

 

-Bəli tədbirlərimiz çox olacaq. İşimizi yaxşılaşdırmağa səy edəcəyik.


AZpress.AZ -
Masallı,
Müsahibəni apardı
müxbir Əlihüseyn ŞÜKÜROV .  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !