Ali Məclisin Sədri İranın Naxçıvandakı Baş Konsulluğunda Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı vermişdir -

Ali Məclisin Sədri İranın Naxçıvandakı Baş Konsulluğunda Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı vermişdir

İran İslam Respublikasının dördüncü Prezidenti, görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncani 2017-ci il yanvarın 8-də vəfat etmişdir.
Yanvarın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğuna gəlmiş, görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı vermişdir.
Ali Məclisin Sədri Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbərini kədərlə qarşıladığını bildirmişdir. Ali Məclisin Sədri Azərbaycan-İran əlaqələrinin əsasının ümummilli lider Heydər Əliyev və görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncani tərəfindən qoyulduğunu qeyd etmiş, Naxçıvan Muxtar Respublikasının ağır dövründə Əli Əkbər Haşimi Rəfsəncaninin xidmətlərini diqqətə çatdırmışdır.
İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom Əli Əkbər Haşimi Rəfsəncaninin İran İslam Respublikasının inkişafı sahəsində gördüyü işlərdən danışmış, göstərilən diqqətə görə minnətdarlıq etmişdir.
Sonra Qurani-Kərimdən ayələr oxunmuşdur.
Ali Məclisin Sədri baş konsulluqda Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar açılan xatirə dəftərini yazmış, İran dövlətinə və xalqına başsağlığı vermişdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !