"İKT region gənclərin nəzərində" adlı layihə sona çatdı - + FOTO

"İKT region gənclərin nəzərində" adlı layihə sona çatdı + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş Şərifov Elçin Şakir oğlu tərəfindən Biləsuvar rayonunda icra olunan "İKT region gənclərin nəzərində" adlı layihəyə yekun vuruldu.Layihənin məqsədi İKT ilə bağlı təbliğat və maarifləndirmə işinin aparılması olmuşdur.Ümumilikdə 100 nəfərdən çox gənc layihə iştirakçı olmuşdur. Mövzü ilə bağlı gənclərə bukletler verilmişdir. Layihə rəhbəri Şərifov Elçin Şakir oğlu bildirmişdir ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin üstün cəhəti ondan ibarətdir ki, bütün tədbirlər ölkənin real potensialı, dünya iqtisadiyyatının inkişaf meylləri nəzərə alınmaqla və konkret proqramlar əsasında reallaşdırılır. Təcrübə göstərir ki, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması üçün müasir texnologiyaların tətbiqi başlıca şərtlərdən biridir. Buna görə də ölkəmizdə təkcə iqtisadi deyil, bütün digər sahələrdə də innovasiyalardan geniş istifadə olunur.İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edən və böyük perspektivi olan sahədir. 2003-cü ildə İKT üzrə Milli Strategiyanın, sonrakı illərdə isə “Elektron Azərbaycan Dövlət Proqramı”nın qəbul edilməsi və icrası bu sahənin inkişafına güclü təkan vermişdir. 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycan aqrar bir respublika sayılırdı. Respublikamızda elmtutumlu iqtisadi sahələr yox dərəcəsində idi. İKT-nin strateji əhəmiyyətini düzgün qiymətləndirən ümummilli liderimiz bu sahənin inkişafına xüsusi diqqət yetirməyə başladı. Məhz onun sayəsində 1971-ci ildə Azərbaycanda Kibernetika İnstitutunun nəzdində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi yaradıldı. O dövrdə SSRİ Elmlər Akademiyasının prezidenti akademik M. Keldış Azərbaycana gəlir, respublikanın rəhbərliyi ilə görüşür. Həmin görüşdən sonra o vaxtlar böyük əhəmiyyət kəsb edən, o dövr üçün indiki superkompyuter səviyyəsində olan BESM hesablama maşını Kibernetika İnstitutuna verildi. Bunun da nəticəsində respublikamızda proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və digər sahələrdə böyük alimlər, mütəxəssislər ordusunun formalaşmasına gətirib çıxartdı. İqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan İKT sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlibdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !