Xızıda benzin Bakıdakından da ucuz - + FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov )

Xızıda benzin Bakıdakından da ucuz + FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov )

Bakıda tükənmək üzrə olan benzinin haraya sərf olunduğu məlum oldu. Sən demə bölgələrdə olan benzin dayanacaqları öz dinamik inkişafı ilə Bakını geridə qoyub inanmırsınız o zaman buyurub izləyə bilərsiniz. Bura Azərbaycanın zəngin güşələrindən olan Xızıdır. Bakını sadəcə 70 km geridə qoyan Xızı. Ölməz sənətkarları- Mikayıl Müşviqi, Cəfər Cabbarlısı və digər şəxsiyyətlərin məskəni Xızı.
Bəs görəsən zəngin mədəniyyətə sahib olan Xızının yanacaq doldurma məntəqələri niyə zəngin ola bilməyir. Maraqlıdır bu yanacaq doldurma məntəqəsi nə zamansa işlək olub indi böhranın təsirindən oda mı yan keçə bilməyib. Bunu bilmək çətindir. Ancaq göz önündə olan bu mənzərə çox sualın cavabını artıq verir. Bəlkədə bu , yanacaq doldurma məntəqəsi özünün bir izini gələcək üçün yadigar saxlayıb.
Tarixi abidəyə çevrilməkdə olan bu lövhə ümid edirəm ki, aid olduğu yanacaq dolurulma məntəqəsinə təhvil verilsə daha düzgün olar.

 


Aygün Cəfərzadə


FOTO : Dilavər Nəcəfov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !