Həddən artıq uyğunluq tammetrajlı bədii filminin nümayişi keçirilib - + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

“Həddən artıq uyğunluq” tammetrajlı bədii filminin nümayişi keçirilib + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

YARAT Müasir İncəsənət Mərkəzində “Həddən artıq uyğunluq” tammetrajlı bədii filminin nümayişi keçirilib


10 yanvar saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində Ülviyyə Könülün “Həddən artıq uyğunluq” tammetrajlı bədii filminin nümayişi keçirilib. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edib.


Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.


Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mardan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.


Romantik komediya janrında çəkilən filmdə baş rolları Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundzadə, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırırlar.


 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !