AZƏRBAYCAN-QAZAXISTAN DOSTLUĞU DAHA DA MÖHKƏMLƏNİR -

AZƏRBAYCAN-QAZAXISTAN DOSTLUĞU DAHA DA MÖHKƏMLƏNİR

Dekabrın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisinin Sədri Nurlan Niqmatulin ilə görüşdü.
Spiker qonağı səmimi salamlayaraq, onun TÜRKPA-nın Beynəlxalq Katibliyinin yeni inzibati binasının açılışı münasibəti ilə ölkəmizə səfəri çərçivəsində Milli Məclisdə olmasından məmnunluq duyduğunu söylədi. Qeyd edildi ki, hər iki ölkənin parlament sədrləri MDB PA, TÜRKPA kimi qurumlarda tez-tez görüşür, onları maraqlandıran məsələlər barədə fikirlərini bölüşürlər. Sədr bildirdi ki, qarşılıqlı səfərlər ölkələrimiz arasında strateji əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar açır.
Dövlət başçılarının görüşləri zamanı aparılan danışıqların əməkdaşlığımızın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayan Sədr TÜRKPA çərçivəsində əlaqələrimizin inkişafını müsbət dəyərləndirdi. Qeyd edildi ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Akademiyası, bu dövlətlərin Ağsaqqallar Şurası, Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində əməkdaşlığımız türk mənəvi birliyinin möhkəmlənməsinə xidmət edir.
Sədr ölkələrimizin Avropa ilə Asiya arasında körpü rolunu oynadığını qeyd edərək, münasibətlərimizin dərin tarixi köklərə söykəndiyini söylədi. Bildirildi ki, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir. Mütəmadi biznes forumların keçirilməsi, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti dövlətlərimiz arasında ticarət dövriyyəsinin artmasına öz müsbət təsirini göstərir.
Sədr Milli Məclislə Qazaxıstan Parlamenti arasında əlaqələrin inkişafından danışaraq hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini yüksək dəyərləndirdi. Qeyd edildi ki, TÜRKPA öz fəaliyyəti ilə xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına və faydalı əməkdaşlığın dərinləşməsinə xidmət edir. Bizim birliyimizin möhkəmlənməsi dünyada nüfuzumuzun güclənməsi üçün möhkəm zəmin yaradır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Qazaxıstan Respublikası Parlament Məclisinin Sədri Nurlan Niqmatulin ölkəmizə səfəri çərçivəsində məqsədin TÜRKPA-nın Beynəlxalq Katibliyinin yeni inzibati binasının açılışı mərasimində iştirak etmək, təşkilatın gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparmaq, həyatın müxtəlif sahələrində əməkdaşlığımızın perspektivlərini müzakirə etmək olduğunu söylədi.
Qonaq münasibətlərimizin daha da dərinləşməsində hər iki ölkənin dövlət başçılarının səylərini yüksək qiymətləndirərək, parlamentlərin də xalqlarımızın rifahı naminə bu işə layiqli töhfə verdiyini dedi.
Söhbətdə türkdilli ölkələrin birliyi istiqamətində gərəkli addımların atılmasının zamanın tələbi olduğu qeyd edildi.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat xidməti 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !