Gənclər Fondunun dəstəyi ilə Gənc intellekt turniri başa çatıb. - + FOTO

Gənclər Fondunun dəstəyi ilə “Gənc intellekt” turniri başa çatıb. + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olan Raman Kərimovun icra etdiyi “Gənc intellekt” adlı turnir yekunlaşıb.
Quba rayon Gənclər və İdman İdarəsi, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və ADPU-nin Quba filialının təşkilati dəstəyi ilə keçirilən turnir 8 turdan ibarət olub. Hər həftə bir turda mübarizə aparan gənclərdən ibarət komandalar yekunda topladıqları ballara görə qalib və mükafatçıları müəyyən ediblər.
ADPU-nin Quba filialında keçirilən final turunda çıxış edən layihə rəhbəri Raman Kərimov qeyd edib ki, layihənin əsas məqsədi tələbə və gənclərin asudə vaxtının intellektual oyunlarla səmərəli təşkilinə nail olmaq və Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti, eləcə də dünya barədə biliklərinin zənginləşdirilməsidir.
Tədbirdə çıxış edən ADPU-nin Quba filialının prorektoru Aysel Şeydayeva bu tipli tədbirlərin tələbələrin həm asudə vaxtıın səmrəli təşkilindəki əhəmiyyətindən danşıb, həm də onların elmi biliklərə, təhsilə olan marağının artırılmasına xidmət etdiyini bildirib.
Gənc tələbə Raman Kərimovun bu ideyasına dəstək verdiyi üçün Gənclər Fonduna təşəkkürünü bildirən Quba rayon Gənclər və İdman idarəsinin rəis müavini Mənsur Ağayev də öz çıxışında gənclərin ictimai aktivliyinin gələcək uğurlu karyera quruculuğundakı rolundan danışıb.
Rəsmi hissədən sonra son tura start verilib.
Nə? Harada? Nə zaman? oyunu üzrə keçirilən turnirdə 8-ci turda əldə edilən nəticələr digər turlardakı nəticələrə əlavə edilərək qalib və mükafatçılar müəyyən olunub.
Nəticədə “Əmma” biliciləri 28.5 xalla turnirin qalibi adını qazanıblar. “Kron” komandası 27.5 xalla ikinci, “Anaksiman” komandası isə 20 xalla üçüncü yeri tutub.
Yekunda qalib və mükafatçılara kubok, medal, diplom, kitablar və digər hədiyyələr təqdim olunub.
Qeyd edək ki 3 ay davam edən layihədən 50 nəfər gənc bəhrələnib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !