Musiqili Teatrda həftəsonu 4 tamaşa olacaq -

Musiqili Teatrda həftəsonu 4 tamaşa olacaq

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 4 tamaşa nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 17, 18 dekabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), A. Sadıqovun səhnələşdirməsində “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero), “Toya bir gün qalmış” (Ə. Səmədli) və “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin) tamaşaları təqdim olunacaq. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Əzizağa Əzizov, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Marina Litvenonko, Gülnarə Abdullayeva, Nadejda Povelitsina, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlililər, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Əli, Aydan Həsənova, Fərid Rzayev, Rauf Babayev, Əmrah Dadaşov, Güldanə Əzimova, Zarina Qurbanova, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 17 dekabr tarixində saat 12.00-da Ş. Peronun “Yatmış gözəl və cırtdanlar” əsəri Azərbaycan dilində, 18 dekabr tarixində saat 12.00-da isə R. Şəfəq, V. Ziminin “Yağış göbələyinin macərası” tamaşası rus dilində uşaqlar üçün nümayiş olunacaq.
Teatrsevərlər Musiqili Teatrın tamaşalarına 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !