Fotolimp foto-müsabiqəsinin yekun sərgisi keçiriləcək -

“Fotolimp” foto-müsabiqəsinin yekun sərgisi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fotolimp” adlı foto-müsabiqənin yekun sərgisi keçiriləcək. Sərgi 17 dekabr tarixində, saat 14:00-da Suraxanı rayonu Gənclər Evində təşkil olunacaq. Həmin mərasimdə müsabiqə iştirakçılarının ən yaxşı fotoları nümayiş olunacaq və iştirakçılara sertifikat, eləcə də fərqlənən 3 müəllifə hədiyyələr təqdim olunacaq.
Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün bir ay ərzində müxtəlif müəlliflər tərəfindən istənilən mövzuda foto-şəkillər qəbul olunmuş və layihənin qaydalarına uyğun gələn foto-müəlliflər iştirakçı statusu qazanmışlar. Layihə 14-29 yaş arası peşəkar və həvəskarlar fotoqraflar arasında keçirilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !