Səməd Seyidov və Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün Parisə səfər edəcəklər -

Səməd Seyidov və Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün Parisə səfər edəcəklər

AŞPA-nın KOMİTƏ İCLASLARINDA

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün dekabrın 13-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.


Qurumun Siyasi işlər və demokratiya komitəsində Avropada təhlükəsizliyin təmin edilməsi və regionda stabillik üçün risklər, hökumət dairələrində korrupsiya ilə mübarizə, Livanda vəziyyət, Misirdə siyasi durum, yeni məruzəçilərin təyin edilməsi məsələləri ilə bağlı fikir mübadiləsi keçiriləcək.


Monitorinq komitəsinin yığıncağında prosedur qaydaların təkmilləşdirilməsi, Ukraynada demokratik institutların fəaliyyəti, Türkiyə ilə dialoq, Gürcüstanda və Moldovada keçirilmiş parlament və prezident seçkilərinin nəticələrinə dair müzakirələr aparılacaq.


Millət vəkilləri bu tədbirlərdə qaldırılan məsələlərə öz münasibətini bildirəcək, rəy və təkliflərini verəcəklər.


Səfər dekabrın 16-da başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !