Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Şəki şəhərində gənclərlə görüş keçirdi - + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Şəki şəhərində gənclərlə görüş keçirdi + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbirlər davam edir. 9 Dekabr 2016-cı il tarixində Şəki şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə şəhər rəhbərliyi, Gənclər Fondunun rəsmiləri həmçinin Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı və Ağsu rayonlarının gənclər və idman idarələrinin, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Tədbiri açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkənin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu, onların cəmiyyətimizin fəal qurucularına çevrildiyini bildirib. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin, layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Ölkəmizdə gənclərin fəaliyyəti üçün yaradılan geniş imkanlar nəticəsində artıq bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan Prezidentinin 2011-ci il 19 dekabr tarixli Fərmanına əsasən yaradılan Fondun ötən beş ildəki fəaliyyəti, qazandığı uğurlar, əldə olunan nailiyyətlər barədə danışıb. Bildirilib ki, Fond gənclərə dəstək verir, onların ideyalarını və təşəbbüslərini reallaşdırmağa şərait yaradır. Fəaliyyət göstərdiyi dövrdə Fond gənclərin böyük etibarını qazanıb. Yüzlərlə gənc və gənclər təşkilatları müxtəlif ideya və təkliflərlə Fonda müraciət edib, dəstək alıblar.
Tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, Zaqatala rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev, Qax rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Həsilov və başqaları çıxış edərək, regionlarda fəaliyyət göstərən gənclərin layihələrinin reallaşmasına göstərdiyi dəstəyə görə Gənclər Fondunun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov Fondun beş illik fəaliyyətinə həsr olunan təqdimatı nümayiş edib. Diqqətə çatdırılıb ki, fəaliyyətə başladığı gündən indiyədək Gənclər Fonduna 7098 layihə daxil olub, onlardan 3341-i dəstəklənib. Eyni zamanda, səfər qrantları ilə bağlı 384 müraciətin 167-nə müsbət cavab verilib. Ötən müddətdə Fond tərəfindən bugünkü görüşdə iştirak edən Şəki rayonu üzrə 84, Balakən rayonu üzrə 52, Zaqatala rayonu üzrə 43, Qax rayonu üzrə 58, Oğuz rayonu üzrə 51, Qəbələ rayonu üzrə 99, İsmayıllı rayonu üzrə 76 və Ağsu rayonu üzrə 43 layihə dəstəklənib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !