Rəssam Pərviz Əsədovun sərgisi açılmışdır - + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Rəssam Pərviz Əsədovun sərgisi açılmışdır + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Rəssam Pərviz Əsədov 1984-cü ildə Neftçala rayonunda doğulmuşdur. Azərbaycan Texniki Universitetini bitirib və ixtisasca mühəndisdir. Həvəskar rəssam Pərviz Əsədov uşaqlıqdan rəsmə olan marağı və həvəsi hesabına bu günümüzdə yeni bir texnikada rəsmlər çəkməkdədir. Rəsm əsərlərini yaradarkən kağız və kətan üzərində rəsm əsərləri ilə kifayətlənməyən rəssam əsərlərini aşılanmış dəri üzərində çəkməyə başlamışdır. Dünya təcrübəsində dəri üzərində rəsm əsərlərinin çəkilməsi var. Rəssamı fərqləndirən əsərlərini dərinin tükləri üzərində çəkməsidir. Özünün dediyinə görə bu incəsənətdə bir tərəqqidir və bu səbəbdən çəkdiyi əsərləri rəsm əsərlərini ictimaiyyətə təqdim etmək üçün keçiriləcək fərdi sərgisini də latıncadan tərcüməsi tərəqqi olan “Experimentum revolutio” adlandırmağı qərara almışdır. Sərgidə rəssamın dəri üzərində işlənmiş 30-a yaxın əsəri nümayiş olunmuşdur. Sərgi 11 dekabr 2016-cı il saat 16-00-da Bakı şəhərində İrşad mehmanxanasında təşkil edilmişdir. Onu da qeyd edək ki, bu sərgi rəssamın ölkədə ilk sərgisidir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !