AzTU tələbələrinin ULDUZ şokolad fabrikinə informasiya turu keçirilib -

AzTU tələbələrinin “ULDUZ” şokolad fabrikinə informasiya turu keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma” fakültəsinin tələbələri universitetin Karyera Mərkəzinin təşkilatçılığı ilə “ULDUZ “şokolad farbirikinə informasiya turu keçirib.
“Veysəloğlu Şirkətlər Qrupu” nun İşə qəbul və karyera inkşafı şöbəsinin mütəxəssisi Rəşad Nəbiyev tur iştirakçılarına şirkətin tarixi və karyera imkanları haqda geniş məlumat verib. Daha sonra istehsal sahələri və müasir laboratoriyalar nümayiş etdirilib. Tələbələr şirkət məhsullarının yoxlanılması, məhsulların dizayn edilməsi və qablaşdırılması ilə tanış olublar.
Sonda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb .
Qeyd edək ki, AzTU-nun tələbələrinin korporativ sektora informasiya turlarının keçirilməsində məqsəd onlara ölkənin aparıcı şirkətlərini yaxından tanımaq, müəsissələrin karyera imkanları və müasir texnologiyaları barədə məlumatlandırmaqdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !