Kiyev şəhərində Azərbaycanın Əməkdar İncəsənət xadimi Bayram Hacızadənin fərdi sərgisi açılmışdır - + FOTO

Kiyev şəhərində Azərbaycanın Əməkdar İncəsənət xadimi Bayram Hacızadənin fərdi sərgisi açılmışdır + FOTO

Dekabr ayının 7-də Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın Əməkdar İncəsənət xadimi Bayram Hacızadənin fərdi sərgisi açılmışdır. Taras Şevçenko adına Ukrayna Milli Muzeyində təşkil olunmuş “Bayram Hacızadənin Satirik Qrafikası” adlı sərgidə rəssamın beynəlxalq müsabiqələrdə və bienallarda mükafatlar almış, müxtəlif albom və kataloqlarda dərc olunmuş 70 əsəri nümayiş edilmişdir.
Sərgidə Ukraynanın ictimaiyyət nümayəndələri, rəssamlar, mətbuat işçiləri, rəsmi şəxslər, eləcə də Azərbaycan Respublikasının Ukraynadakı səfirliyin əməkdaşları iştirak etmişlər. Tədbir zamanı T.Şevçenko adına Ukrayna Milli Muzeyi və Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi arasında gələcək birgə əməkdaşlıq haqqında müqavilə də imzalanmışdır. Rəssamın incə yumorla işlənmiş əsərlərində tolerantlıq ruhunun yüksək olmasını xüsusilə qeyd edən qonaqlar bu və bu kimi tədbirlərin iki ölkə arasında dostluğun və sıx əməkdaşlığın daha da yüksəldilməsinə xidmət edəcəyini vurğulamışlar. 10 gün davam edəcək sərgi Ukraynanın mərkəzi televiziya kanallarında, eləcə də mətbuat səhifələrində geniş işıqlandırılmışdır.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və Ukrayna Karikaturaçılar Assosiasiyasının birgə layihəsi olan bu sərgi karikaturaçı rəssam Bayram Hacızadənin yaradıcılıq fəaliyyətinin 30 illiyinə həsr olunmuşdur. Rəssamın “Tolerantlıq” başlığı altında fərdi sərgiləri bu ilin axırına qədər Belarusiyada, Rusiyada, İsraildə və Türkiyədə də keçiriləcəkdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !