21 Azər hərəkatının süqutundan sonra Azərbaycana mühacir etmiş şair və yazıçıların yubileyləri ilə əlaqədar sərgi keçiriləcək -

“21 Azər” hərəkatının süqutundan sonra Azərbaycana mühacir etmiş şair və yazıçıların yubileyləri ilə əlaqədar sərgi keçiriləcək

2016-cı il dekabrın 14-də saat 15 : 00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “21 Azər” hərəkatının süqutundan sonra Azərbaycana mühacir etmiş Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökumə Billuri və s. şair və yazıçıların yubileyləri ilə əlaqədar onların şəxsi əşyalarından ibarət sərgi keçiriləcək.
12 Dekabr 1945-ci il Azərbaycan azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılıb. Həmin gün Güney Azərbaycan Milli Hökümətin yaranmasının ildönümüdür. Seyid Cəfər Pişəvərinin başçılığı ilə bu Höküməti Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu kimi də qiymətləndirmək olar. Azərbaycan Milli Höküməti xalqın böyük dəstəyilə Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəblərin açılması, Milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi və s. mühüm işləri həyata keçirmişdi.
Azərbaycan İstiqlal Muzeyində təşkil olunmuş sərgidə 21 Azər hərəkatının fəalları olan Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökumə Billuri və s. şair və yazıçıların, həmçinin Dünya Azərbaycanlıları Yazarlar Qurumunun təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz tərəfindən muzeyə təqdim olunan yeni sənədlər və fotolar nümayiş olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, Dünya Azərbaycanlıları Yazarlar Qurumunun təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruzun, şair Söhrab Tahirin qızı Nəsibə Tahirin, ədəbiyyatşünas-tərcüməçi Məsumə Şükürzadənin çıxışları nəzərdə tutulub və muğam ifaçılarının ifasında həmin şairlərin şeirlərinin sözlərinə musiqilər səslənəcək.
Tədbirdə Milli Qvardiyanın əsgərləri, Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantları, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri və digər qonaqlar iştirak edəcəklər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !