El-nino və İstək biliciləri finalada yarışacaq - + FOTO

“El-nino” və “İstək” biliciləri finalada yarışacaq + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra edilən “Biləndər” Zəkaların qış kuboku” adı layihə çərçivəsində Quba rayonunda seçim turu təşkil edilib.
Quba Şahmat Məktəbinin akt zalında baş tutan seçim turunda yeniyetmə və gənclərdən ibarət 15 komanda qələbə uğrunda mübarizə aparıb.
Rəsmi hissədə çıxış edən təşkilatın rəhbəri Ramin Mahmudov bildirib ki, regionlarda gənclərin intellektual inkişafı,dünyagörüşünün inkişafı, komanda şəkilində işləmək bacarıqının inkişafı vacib amillərdəndir. Layihəyə dəstək verdiyi üçün Gənclər Fonduna minnətdarlıq bildirib və qeyd edib ki, layihənin əsas məqsədi gənc nəslin təhsilə, elmə marağının artırılmasına dəstək vermək, gənc nəsil arasında Azərbaycan ədəbiyyatı, incəsənəti, tarixi, coğrafiyasına , eləcə də dünyaya aid biliklərin intellektual oyunlar vastəsilə öyrədilməsini təşkil etməklə onlarda vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə nail olmaqdır.
Tədbirdə çıxış edən Quba rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Xəyyam Şahbazov bildirib ki, bu kimi layihələrin regionlarda icra edilməsi həm region gənclərinin ictimai aktiliyinin artmasına, həm də onların paytaxt gəncləri ilə intellektual səviyyədə ayaqlaşa bilməsinə təkan verir. Natiq Gənclər Fondunun bu tipli layihələrə daim dəstək verməsi nəticəsində regionda intellektual hərəkatın davamlı inkişaf etdiyini qeyd edib.
Rəsmi hissədən sonra yarışa start verilib. Nə? Harada? Nə zaman? formatında baş tutan seçim turunda 24 sualın yekununda “El-nino” komandası 14 suala doğru cavab verərək turnirin qalibi adını qazanıb və dekabr ayında Quba şəhərində keçiriləcək final mərhələsinə vəsiqə əldə edib. İstək liseyinin “İstək” biliciləri 11 oyun xalı ikinci yerin sahibi kimi finalada oynamaq hüququ qazanıblar. “İstedadlar” komandası isə 9 xalla üçüncü mükafata sahib olublar.
Yekunda qalib və mükafatçılara kubok, medal, diplomlar və layihənin digər tərəfdaşı National Geography jurnallarının nümunələri hədiyyə edilib.
Qeyd edək ki, bu günə qədər layihə çərçivəsində Xızı, Siyəzən, Qusar, Şabran və Xaçmaz rayonlarında seçim turları təşkil edilib və əsasnaməyə uyğun olaraq qalib komandalar dekabrin 17-də Quba şəhərində təşkil olunacaq final mərhələsində ən güclü “BİLƏNDƏR”i müəyyən edəcəklər.
Finalda Xızı rayonunu “Region-29”, Siyəzəni “Müşfiq-1”, Şabran rayonunu “Çıraqqala”, Qusar rayonunu “Black team” və “Oliqarx”, Xaçmazı “Aristokratlar” , Quba rayonunu isə “El-nino” və “İstək” biliciləri təmsil edəcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !