"Gulfood" sərgisində iştirak etmək istəyən ixracatçıların nəzərinə! -

"Gulfood" sərgisində iştirak etmək istəyən ixracatçıların nəzərinə!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 26 fevral - 2 mart 2017-ci il tarixlərində keçiriləcək "Gulfood" beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir!

 

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 30 şirkət

 

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected] Əlaqə telefonu: +99412 5980147/48.

 

Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 31 yanvar 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq. İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarını buradan yükləyə bilərsiz.

 

Seçim meyarları:
- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 (on) bal,
- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal,
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 (beş) bal).

 

Meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal.

 

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
ərizə;
• nümayiş olunacaq məhsulların siyahısı;
• sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.

 

Sənədlər aşağıdakı ünvan üzrə 18 yanvar 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı ( [email protected]) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !