Ümummilli liderin xatirəsi Şəkidə də yad edilib - + FOTO

Ümummilli liderin xatirəsi Şəkidə də yad edilib + FOTO

Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür. Ölkəmizin hər bir şəhər və rayonlarında olduğu kimi Şəki Heydər Əliyev Mərkəzində dekabr ayının 1-dən müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Heydər Əliyev Mərkəzində şəhərimizin müxtəlif müəssisə və təşkilatlarının iştirakı ilə anım günü qeyd olunur.

 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək, dahi rəhbərin ictimai-siyasi fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olub.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, bəşər tarixində bir çox şəxsiyyətlərin həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunda müstəsna rol oynayıb. Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.

 

Bildirilib ki, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !