Azərbaycan 10-cu Travel Turkey İzmir sərgisində iştirak edir -

Azərbaycan 10-cu “Travel Turkey” İzmir sərgisində iştirak edir

Dekabrın 8-də Türkiyənin İzmir şəhərində10-cu “Travel Turkey” İzmir yubiley sərgisi öz işinə başlayıb. Sərgidə ölkəmiz Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının nümayəndə heyəti ilə təmsil olunur. Səfər THTC və TU‎RSAB-ın dəvəti ilə baş tutub.

 

Assosiasiyadan verilən məlumata görə, 2 gün davam edəcək sərgi B2B ikitərəfli görüşlərlə öz işini davam etdirəcək. Sərgidə Azərbaycanın sağlıq turizmi imkanları geniş təqdim olunur. Bundan əlavə, Duzdağ Naxçıvan sanatoriyası da ayrıca stendlə Naxçıvanın sağlıq turizmi potensialini nümayiş etdirir.

 

Dekabrın 11-də yekunlaşacaq 10-cu “Travel Turkey” İzmir yubiley sərgisi müddətində termal təsislərə və sağlıq mərkəzlərinə infotur təşkil edilməsi də nəzərdə tutulur. Tədbir zamanı Azərbaycanın da MAP2 HEAL online sağlıq turizmi platformasına qoşulacağı gözlənilir.

 

Qeyd edək ki, regionun ən böyük sağlıq turizmi sərgilərindən biri hesab olunan “Travel Turkey” İzmir-də 35-dən çox ölkə 1000-dən artıq şirkətlə təmsil olunur. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sərgi çərçivəsində apardığı danışıqlar nəticəsində Türkiyənin turizm şirkətlərindən ibarət böyük bir qrupun 2017-ci ildə Azərbaycanın sağlamlıq turizmi məkanlarına info-tanıtım turunun təşkil olunması qərara alınıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !