Mingəçevir Turizm Kollecində ulu öndər H. Əliyevin xatirəsinə həsr olunmuş idman turniri və inşa yazı müsabiqəsi keçirilmişdir - + FOTO

Mingəçevir Turizm Kollecində ulu öndər H. Əliyevin xatirəsinə həsr olunmuş idman turniri və inşa yazı müsabiqəsi keçirilmişdir + FOTO

Mingəçevir Turizm Kollecində ulu öndər H. Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər davam edir. Dekabrın 8-də bu münasibətlə “İdman və GÇH” fənn komissiyasının təşəbbüsü ilə tələbələr arasında dama və şahmat yarışı təşkil edilmişdir. Yarışda müxtəlif qrupları təmsil edən 16 nəfər tələbə iştirak edirdi. Dama oyunu üzrə yarışda BT-41 qrupunun tələbəsi Süleymanov Nail bütün rəqiblərinə qalib gələrək 1-ci yerə layiq görüldü. 2-ci yerin sahibi isə yalnız final görüşündə məğlub olan NT-12 qrupunun tələbəsi Salehli Emin olmuşdur. Şahmat üzrə yarışda isə BT-41 qrupunun tələbəsi Qasımov Musa rəqiblərini qabaqlayaraq yarışın qalibi adını qazanmışdır. Yarışlar kollecin idman müəllimləri Elşad Hüseynov və Muraz Məmmədovun təşkilatçılığı və nəzarəti altında keçirilmişdir.

 

Ümummilli liderin anım gününə həsr olunmuş tədbirlər planına uyğun olaraq, digər tədbirlərin keçiriliməsi də nəzərdə tutulmuşdur. Dekabrın 8-də bu münasibətlə kollecin tələbələri arasında inşa yazı müsabiqəsinə də start verilmişdir.

 

İdman yarışları və inşa yazı müsabiqəsi qaliblərinə 12 dekabr 2016-cı il tarixində kollecdə keçiriləcək Ulu öndər ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-nəzəri konfrans zamanı fəxri fərman və diplomlar təqdim olunacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !