1905.az portalında Dünya azərbaycanlılarının palitrası kitabı müzakirə olunub - + FOTO

1905.az portalında “Dünya azərbaycanlılarının palitrası” kitabı müzakirə olunub + FOTO

 Dekabrın 9-da www.1905.az portalının “Kvartet” rubrikasında Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabı müzakirə olundu. Kitabın müəllifi, Azərbaycan Diapor Jurnalistləri Birliyinin rəhbəri Fuad Hüseynzadənin, jurnalist Aida Eyvazlının, portalın direktoru, əməkdar jurnalist Fuad Babayevin və icmalçı Gündüz Nəsibovun iştirak etdiyi müzakirələrə Ümumrusiya Azərbaycanlıları Konqresinin Krasnoyarsk şöbəsi üzrə sədr müavini Ələkbər Qarayev və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, Moskvada yaşayan gənc diaspor üzvü Toğrul Allahverdili “Skype” vasitəsilə qoşuldular.
Müzakirələrdə qeyd olundu ki, təxminən ay yarım öncə işıq üzü görmüş “Dünya azərbaycanlılarının palitrası” kitabına dünyanın ən müxtəlif ölkələrində yaşayan diaspor üzvlərindən alınmış 173 müsahibə daxil edilib. Bildirildi ki, kitaba daxil edilən müsahibələr bütövlükdə Azərbaycan diasporunun bugünkü vəziyyətini, diasporumuzla bağlı hadisə və məqamların geniş diapozonunu müəyyənləşdirməyə imkan verir. Sanki canlı səs və canlı tarix üzərində qurulan kitabdan xarici ölkələrdə yaşayan azərbaycanlıları düşündürən problem və qayğılar, onların gündəlik həyatı boylanır.
Müzakirə zamanı kitabın yaranma ideyası, onun doğurduğu reaksiya, xaricdə təqdim olunma məsələlərinə də toxunulub. Nəzərə çatdırılıb ki, artıq xaricdə kitabın təqdimat mərasimlərinə start verilib və dekabrın 14-də Azərbaycan diasporu və Rusiya ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Moskvada təqdimatı olacaq.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !