Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib - + FOTO

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib + FOTO

Azərbaycan komandaları 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsi və Cənubi Qafqaz Açıq Çempionatında iştirak edib

 

Azərbaycanın 6 ali təhsil müəssisələrindən olan 12 komanda (hər komandada 3 tələbə) 3-7 dekabr 2016-cı il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən 41-ci ACM ICPC 2016-2017 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında iştirak edib.

 

Müsabiqələrdə:

 

Qafqaz Universiteti - 4 komanda
ADA Universiteti - 3 komanda
Bakı Dövlət Universiteti - 2 komanda
Azərbaycan Texniki Universiteti – 1 komanda
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 1 komanda
Azərbaycan Universiteti - 1 komanda

 

ilə təmsil olunub.

 

3 dekabr 2016-cı il tarixində müsabiqənin birinci günü sınaq turu keçirilib. Sınaq turunda komandalara 1 saat ərsində 3 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib.

 

4 dekabr 2016-cı il tarixində müsabiqənin ikinci günü ACM ICPC 2016-2017 NEERC yarımfinal mərhələsi və Cənubi Qafqaz Açıq Çempionatı keçirilib. Komanda müsabiqəsində NEERC regionu üzrə Rusiya Federsiyası, Belarus Respublikası, Azərbaycan Respublikası, Gürcüstan Respublikası, Ermənistan Respublikası, Latviya Respublikası, Litva Respublikası, Estoniya Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Özbəkistan Respublikasının ali təhsil müəssisələrindən 228 komanda iştirak edib. Müsabiqədə komandalara 5 saat ərsində 13 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib.

 

http://neerc.ifmo.ru/information/standings.html

 

5 dekabr 2016-cı il tarixində Cənubi Qafqaz Açıq Çempionatının fərdi müsabiqəsi keçirilib. Fərdi müsabiqədə 69 tələbə iştirak edib. Müsabiqədə iştirakçılara 4 saat ərsində 9 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib.

 

Azərbaycan komandalarının nəticələri:

 

Komanda müsabiqəsi

 

ACM ICPC 2016-2017 Azərbaycan Çempionu
ACM ICPC 2016-2017 NEERC III DƏRƏCƏLİ DİPLOM
Cənubi Qafqaz Açıq Çempionatı II DƏRƏCƏLİ DİPLOM
Qafqaz University 1 (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Müzəffər Məmmədli)

 

ACM ICPC 2016-2017 NEERC III DƏRƏCƏLİ DİPLOM
Cənubi Qafqaz Açıq Çempionatı III DƏRƏCƏLİ DİPLOM
Qafqaz University 2 (Məmməd Hacılı, Rəsul Kərimov, Viktor Klyestov)

 

Cənubi Qafqaz Açıq Çempionatı YÜKSƏK NAİLİYYƏT SERTİFİKATI
Qafqaz University 4 (Sultan Murtuzaliyev, Asiman Ağayev, Aydin Abbasov)
Baku State University 1 (Bədəlov Turxan, Mirzəyev İsmayıl, Sofiyev Nurlan)

 

ACM ICPC 2016-2017 NEERC FƏRQLƏNMƏ SERTİFİKATI
Qafqaz University 3 (Tağı Əşrəfov, Samir Suleymanlı, Ceyhun Yaqublu)
Baku State University 2 (Murad Məmmədov, Fərrux Nəbiyev, Murad Talıbov)
Azerbaijan Technical University (Rafət Ağabəyli, Təbriz Hacıyev, Araz Məhərrəmli)
ADA University 4 (Şahnur İsgəndərli, Teymur İsmixanov, Toğrul Rəhimli)
ADA University 2 (Elmin Qasımov, Ramil Həsənov, Əli Mustafalı)
Azerbaijan State Oil and Industry University (Atabəy Heydərli, Rasim İsmatulin, Emil Suleymanov)
ADA University 1 (Valeh Fərzəliyev, Sərxan Qədirzadə, Çingiz Hüseynzadə)

 

Fərdi müsabiqə

 

Cənubi Qafqaz Açıq Çempionatı II DƏRƏCƏLİ DİPLOM
Mahmud Allahverdiyev (Qafqaz Universiteti)
Rəşad Məmmədov (Qafqaz Universiteti)

 

Cənubi Qafqaz Açıq Çempionatı III DƏRƏCƏLİ DİPLOM
Rəsul Kərimov (Qafqaz Universiteti)
Məmməd Hacılı (Qafqaz Universiteti)

 

Cənubi Qafqaz Açıq Çempionatı YÜKSƏK NAİLİYYƏT SERTİFİKATI
Murad Talıbov (Bakı Dövlət Universiteti)
Ceyhun Yaqublu (Qafqaz Universiteti)
Samir Süleymanlı (Qafqaz Universiteti)
Müzəffər Məmmədli (Qafqaz Universiteti)
Təbriz Hacıyev (Azərbaycan Texniki Universiteti)
Sultan Murtuzaliev (Qafqaz Universiteti)
Viktor Klyestov (Qafqaz universiteti)
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !