Qubada Aktiv tələbə proqramı layihəsi davam edir - + FOTO

Qubada Aktiv tələbə proqramı layihəsi davam edir + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Quba rayon Gənclər və İdman İdarəsi, ADPU-nin Quba filialının təşkilatı dəstəyi ilə Quba rayonunda təhsil alan tələbələrin iştirakı ilə icra edilən “Aktiv tələbə” layihəsi davam edir.
Layihə rəhbəri İlkin Xanlarzadənin verdiyi məlumata görə layihə gələcəyin kadrları olan tələbələrin ictimai aktivliyinə nail olmaq, onlara qeyri-formal təhsil vasitəsilə müxtəlif məlumatların çatdırılması məqsədi ilə 60 tələbə liderlik, natiqlik, layihələrin yazılması və idarə edilməsi, fərdi inkişaf, könüllülük kimi təlimlərə cəlb edilib.
Komanda işi, layihələrin idarə edilməsi mövzularında Raman Kərimov tərəfindən təşkil edilən təlimdə 30 nəfər gənc maarifilənib. Layihə çərçivəsində iştirakçı tələbələrə xüsusi hazırlanmış köynəklər, bukletlər və sertifikatlar təqdim edilib.
İlin sonunadək davam edəcək layihə çərçivəsində daha 20 nəfər gəncə şəxsi inkişaf, ehtiyacların müəyyən edilməsi və prioritetlərin müəyyənləşdirilməsi mövzularında da təlimlər keçiriləcək.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !