AzMİU ölkəmizi Astanada Korme Sərgi Mərkəzində təmsil edib -

AzMİU ölkəmizi Astanada “Korme” Sərgi Mərkəzində təmsil edib

Bu günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində “Korme” Sərgi Mərkəzində “Təhsil və Elm – 2017” XIV beynəlxalq sərgisi keçirilib. Sərgidə bir çox dövlətlərin – Qazaxıstan, Rusiya, Belarus, Estoniya, Ukrayna, Yunanıstan, Çexiya, Çin, Bolqarıstan və Kanadanın, o cümlədən, Azərbaycanın təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Ölkəmizi sərgidə Azərbaycan Memarlıq və İnşaat Universiteti Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Əsgərəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Yüksək səviyyədə keçən təqdimatda sərgiyə gələnlər universitetimiz, onun strukturu və tədris prosesi ilə yaxından tanış ola bilmək imkanı qazanıblar. Sərgi çərçivəsində digər ölkələrin ali təhsil müəssisələri ilə təhsil mübadiləsi və əməkdaşlıq məsələlərinin müzakirəsi istiqamətində əlaqələr qurulub.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !