Azər HƏSRƏT: - ...layiq olanlar iş başına gəlsin

Azər HƏSRƏT: ...layiq olanlar iş başına gəlsin

Sosial mediada deputat, ATƏT Parlament Assambleyasının vitse-prezidenti, QHT Şurasının sədri Azay Quliyevlə bağlı qızğın müzakirə və mübahisələr gedir. Əsasən onun haqqında məqsədli şəkildə yayılan qaralamaya münasibət bildirilir. Bir də sual edilir ki, niyə Azay Quliyev hədəfə alınır? Yaxud da onu kimlər hədəfə alır? Bu iki sualın çox sadə cavabı var. Azay Quliyevi o kəslər hədəfə alır ki, onlar da bu şəxs kimi müxtəlif vəzifələrdədir, deputatdır, amma adları heç bir abırlı dəftərdə keçmir. Belələri də Azay Quliyev kimi xaricə səfərlər edir, beynəlxalq tədbirlərə qatılır, amma onun kimi fəal ola bilmirlər. Getdikləri ölkələrdə, tədbirlərdə ağızlarına su alıb dururlar, Azərbaycan adına heç bir hərəkətlərilə diqqət çəkmirlər və Azay Quliyev örnəyinin qarşısında sadəcə məhv olurlar. Özləri belə örnək ola bilmədikləri üçün Azay Quliyevi gözdən salmağa çalışırlar. Amma gerizəkalı olduqları üçün burda da hesabları düz çıxmır: ictimai rəy onların adlarını bilməsə də ən azından şifahi şəkildə özlərinə qarşı çevrilir, üstəlik Azay Quliyevə rəğbət artır. Ona görə də bu dayaz, yarımçıq, gerizəkalılara çağırış etmək istərdim ki, lütfən, parlamentdə, müxtəlif nazirliklərdə tutduğunuz kürsüləri boşaldın, layiq olanlar iş başına gəlsin. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !