Könüllü Məktəb adlı layihə həyata keçirildi - + FOTO

“Könüllü Məktəb” adlı layihə həyata keçirildi + FOTO

“Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyi tərəfindən təqdim olunmuş və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində qalib seçilmiş “Könüllülük məktəbi” adlı layihə çərçivəsində 2016-cı il 09-10 avqust tarixlərdə Qəbələ, 11 avqust tarixdə Mingəçevir, 12 avqust tarixdə Şəki şəhərlərində təlimlər keçirilmişdir.
09 avqust 2016-cı il tarixdə Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində “Könüllü Məktəb” adlı layihəsinin açılış mərasimi keçirilmişdir.
Tədbirdə Qəbələ Regional QHT-lərin Resurs və Təlim mərkəzinin icraçı direktoru Anar Məhərrəmov giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb, mərkəzin fəaliyyəti haqqında məlumat verdi. Sonra "Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyinin icraçı direktoru Qartal Budaqlı çıxışında tədbirin keçirilməsində göstərdikləri köməyə görə aidiyyatı qurumlara öz təşəkkürünü bildirdi və layihə haqqında məlumat verdi. Daha sonra təlimçi,YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə könüllülük haqqında təqdimatla çıxış etdi. Təlim maraqlı diskussiyalar ətrafında davam etdrildi.
10 avqust 2016-cı il tarixdə isə Qəbələ Atıcılıq mərkəzində layihə çərçivəsində növbəti təlim keçirildi. Tədbirdə Qəbələ rayon İcra Hakimiyyətinin əməkdaşı Ramin Qəribov çıxış edərək bu cür tədbirlərin gənclərin könüllülük fəaliyyətinə qoşulmasında çox əhəmiyyətli olduğunu nəzərə çatdırdı. Təlimçi Mahmud Məmmədzadə könüllülük haqqında iştirakçılara məlumat verdi. Tədbir çay süfrəsi ətrafında diskussiya və maraqlı intellektual oyunlarla davam etdirildi. Təlimdən sonra iştirakçılar Qəbələ Atıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olub, atıcılıq çempionatında iştirak etdilər.
11 avqust 2016-cı il tarixdə Mingəçevir Gənclər Evində reallaşdırılan təlimdə Gənclər Evinin nümayəndəsi Humay Baxışova çıxış edərək layihənin vacibliyindən danışdı. Tədbir könüllülük haqqında təlimlə davam etdirildi.
12 avqust 2016-cı il tarixdə Məram Gənclik İnkişaf Mərkəzində layihə çərçivəsində sonuncu təlim keçirildi. Tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək layihənin gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Qeyd edək ki, layihənin icrası müddətində layihə iştirakçıları Serifikatlarla təltif olunmuşlar.
Layihənin keçirilməsində əsas məqsəd regionlarda yaşayan gənclərin daha böyük kütləsinin könüllülük fəaliyyətinə cəlb olunması, yerlərdə gənclərlə işin daha da canlandırılmasıdır.
“Könüllü Məktəbi” layihəsinin iştirakçıları əksəriyyəti gənc tələbələr idi. Layihənin bitməsinə baxmayaraq, gənclər bizimlə daimi ünsiyyət qururlar. Təşkilat olaraq biz onlara lazımlı mövzularda dəstək oluruq.



 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !