Kukla Teatrında Yeni il nağılı -

Kukla Teatrında “Yeni il nağılı”

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün ənənəsinə sadiq qalaraq qarşıdakı yeni il tətilini də daimi tamaşaçıları üçün yaddaqalan və maraqlı etməyə çalışıb. Belə ki, balacalar üçün yeni və fərqli səhnə işləri hazırlayan teatrın yaradıcı heyəti bu dəfə onlara unudulmaz “Yeni il nağılı” vəd edir.

 

Klassik və müasir yozumlu pyeslərdən seçmələrlə səhnə həlli verilən tamaşada balacalar dünya və milli nağıl qəhrəmanlarını bir arada görmək şansı qazanacaqlar. Bununla yanaşı onlar sevimli personajlarının oyununda ibrətamiz, eyni zamanda komik hadisələri eşidib-izləmək imkanı qazanacaqlar. Tamaşada uşaqlara paxıllıq, yalançılıq, oğurluq kimi mənfi xüsusiyyətlərə nifrət personajların düşdüyü komik situasiyalarla izah olnur. Bayram əhvallı tamaşanın əsas qəhrəmanları Şaxta baba, Qar qız və uşaqların sevimli dostu Dovşandır.

 

Teatrın rejissoru Anar Məmmədovun ssenari müəllifi olduğu və quruluş verdiyi tamaşada yaxşıların qələbəsi, dürüstlüyün zəfəri və bağışlamağın ən üstün keyfiyyət olması diqqətə çatdırılır.

 

Maraqlı dekorasiyası, nağılvari tərtibatı ilə seçilən tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Ritmik musiqilərlə müşayiət olunan xareoqrafik elementlərlə zəngin tamaşada balacalar artıq onlara çoxdan tanış olan nağıl qəhrəmanlarını da (Küpəgirən, Qarğa, İfrit, Pirat və b.) izləmək imkanı qazanacaqlar.

 

Tamaşada əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elmira Hüseynova, Elxan İsmayılov, Elnur Xəlilov, Cavid İbrahimov və başqaları ifa edəcəklər.

 

Balacaların yeni il istirahətini daha da maraqlı edəcək səhnə əsəri 30 dekabrdan 8 yanvaradək hər gün dörd seans (saat 12.00, 14.00, 16. 00 və 18:00) olmaqla nümayiş olunacaq. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !