‘ Hər qaranlıq gecənin bir nurlu sabahı var - + FOTO ( AZpress.AZ - Fərqanə Qasımlı)

‘“Hər qaranlıq gecənin bir nurlu sabahı var” + FOTO ( AZpress.AZ - Fərqanə Qasımlı)

Yeni layihəmlə bağlı cənub bölgəsinə səyahət etməli oldum. Yola çıxarkən çox tərəddüd edirdim ki, görəsən çəkmək istədiklərimi çəkə biləcəmmi yoxsa maneələrlə rastlaşacam. Adətən bölgələrdə çəkiliş edərkən problemlər yaranır. İnsanlar onları çəkməyini, fotolarını yayımlamağımı istəmirlər. Səfərim Azərbaycanın dilbər guşələrindən biri olan Astaranın Artopa kəndinə idi. Yolda kənd sakini Kazımov Əzimə rast gəldik. Çəkiliş üçün gəldiyimi və layihəm haqqında ona qısa məlumat verdim. Əzim mənə kömək edəcəyini bildirib, velosipedilə öndə gedərək arxasıyca gəlməyimizi söylədi. Çəkiliş bitdikdən sonra bizi buraxmadı. Dedi qonağım olmasaz sizdən inciyərəm. Evə xəbər etmişəm, süfrə açıblar. Əzimin sözünü yerə salmayıb onlara getdik. Evdə çox gözəl, dadlı cənub təamlarından hazırlanmış süfrə açılmışdı. Dadlı təamlardan dadaraq bu mehriban ailə haqqında məqalə hazırlamaq fikrinə düşdüm. Əzimə fikrimi anladıb ailə fotolarını və hekayəsini ictimayətlə paylaşacağıma dair icazə aldım. Sağ olsun, icazə verib gülümsəyərək fotolardan bizə də göndərərsiz deyərək evləndiyi gündən danışmağa başladı. Demək Əzim Bayram kişinin kiçik oğludur. Evlənmək vaxtı çatanda qohum-əqrəbadan çox qızlar göstərsələr də, ancaq Əzim özü sevib-seçdiyi həmkəndlisi Loğman kişinin qızı Nuranəylə evlənir. 2005-ci il avqustun 21-də Əzimlə Nuranənin gözəl bir qızları dünyaya gəlir. Adını Təranə qoyurlar. Valideynlərin sevinci yerə göyə sığmır. Ancaq gənc valideynlərin sevinci uzun sürmür. Körpədə mütəmadi halsızlıq, qızdırma halları müşahidə edirlər. Rayon həkimlərinin məsləhətilə Təranəni paytaxtda Nefçilər xəstəxanasına gətirirlər. Müayinə vaxtı körpədə kəskin ürək qüsuru aşkar olunur. Təcili əməliyyat olmasa uşağın tələf olacağını deyirlər. Əməliyyat xərcinin böyük olduğunu eşidən Əzim özünə yer tapa bilmir, gecəni yatmır, çarəsizlikdən nə edəcəyini bilmir. Vəziyyəti eşidən qohum-əqrəbası xəbər tutsa da, heç kəsin heç nəyə gücü çatmır. Həyat yoldaşı Nuranənin məsləhətilə Heydər Əliyev fondunun prezdenti Mehriban Əliyevaya məktub yazıb kömək istəyir. Əvvəl Əzim tərəddüd edir - deyir fikirləşdim bəlkə cavab gəlməyəcək, ya da gəlsə gec olacaq. Ancaq bir qədər fikirləşdikdən sonra Heydər Əliyev fonduna Mehriban xanıma məktub yazıb ondan kömək istəyir və bir həftə ərzində məktuba cavab gəlir. Təranənin Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinə aparılması tövsiyə olunur. Əzim həmin günləri xatırlayarkən çox həyacanla danışırdı. Oktyabrın 6-sı xəstəxananın qəbul şöbəsinə çatıb özümüzü təqdim edəndə bizi gözlədikləri məlum oldu. Təranəni dərhal müayinə edib əməliyyata hazırlamağa başladılar. Oktyabrın 9-da səhər əməliyyat başladı. O anlar hansı hissləri keçirdiyimi izah etməyə çətinlik çəkirəm. Bircə xatırlayıram ki, həkim çıxıb məni əməliyyatın uğurlu keçməsilə təbrik etdi. Mərhəmətli insan, şəfqətli el anasına-Mehriban xanıma hədsiz minnətdaram. Ömrümün sonuna qədər ona borcluyam. Mənim balamı yenidən mənə qaytardı, ailəmin dağılmamasına yardımçı oldu. Bəlkə də nə zamansa sizin çəkdiyiniz fotolar vasitəsilə ailəmin Mehriban xanıma və ailəsinə duaçı olduğumuzu eşitdi və ya gördü. Əzimin Təranədən başqa daha iki övladı da dünyaya gəlir. Hər il oktyabırın 9-u bütün ailəlikcə geniş süfrə açıb qızımın ikinci ad gününü qeyd edirik. Qərara gəlmişəm ki, ilk qız nəvəmin adını Mehriban qoyum. Böyük çətinlikdən keçən bu ailə hazırda çox xoşbəxtirlər.

Bu gözəl ailənin üç dəfə qonağı oldum. Məni tanımadıqlarına baxmayaraq hər dəfə elə qarşılayırdılar ki, sanki əziz qohumlarını qarşılayırlar. Axırıncı dəfə gedəndə hava çox isti idi. Dondurma əvəzinə ürəyim şokaladlı tort istəsə də, həmin gün dörd saatlıq yol və çəkiliş zamanı tor istəmək gülməli görünsə də işimi bitirdikdən sonra yenə Əzim bizi məcbur evinə apardı. Süfrəyə armudu stəkanda dadlı Astara çayının yanında sizcə nə gətirdilər? Dadlı şokoladlı tort. Bəli, bəli, tort. Tortu görcək üzümün ifadəsini təsəvvür edin. Nuranə xanım biləndə ki mən həmin gün kəndə gələcəm, səhər tezdən mənimçün tort bişirib. Bir daha əmin oldum ki, Tanrının sevimli bəndəsiyəm. “Hər qaranlıq gecənin bir nurlu sabahı var” deyərək həyatın bütün çətinliklərinə baxmayaraq kəndirə əl atmadan həyata davam etmək və səbrlə nurlu sabahın açılacağına inanaraq yaşayın. Belə qaranlıq gecələri yaşamış, dadmış biri kimi tövsiyə edirəm. Özünüzdən muğayat, Allaha əmanət olun!
“Həyatdan fotolara yansayanlar “’  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !