Bəhruz Kəngərli adına Sərgi Salonunda yaradıcı gənclərin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi keçiriləcəkdir - + FOTO

Bəhruz Kəngərli adına Sərgi Salonunda yaradıcı gənclərin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi keçiriləcəkdir + FOTO

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə 21 dekabr 2016-cı il tarixdə saat 15:00-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda yaradıcı gənclərin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi keçiriləcəkdir. Sərgidə iştirak etmək istəyənlər öz əl işlərini 17 dekabr 2016-cı il tarixədək Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə təqdim etməlidirlər. Əl işlərini təqdim etmiş şəxslər 21 dekabr 2016-cı il tarixdə saat 14:30-da sərginin keçiriləcəyi Bəhruz Kəngərli adına Sərgi Salonunda olmalıdırlar. Sərgidə nümayiş olunan ən yaxşı işlərin sahibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaqdır. Təqdim olunan işlər müxtəlif ölçüdə, müxtəlif mövzuda, müxtəlif materialarda işlənə bilər. İşlər asılqanlı və çərçivəli olmalıdır. İşləri təqdim edərkən şəxsin adı, soyadı və əlaqə telefonu da təqdim olunmalıdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !