Azərbaycan modeli: İslami dəyərlərin qorunması, dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi davam edir - + FOTO

“Azərbaycan modeli: İslami dəyərlərin qorunması, dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi” davam edir + FOTO

Qubada “Azərbaycan modeli: İslami dəyərlərin qorunması, dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi” mövzusunda maarifləndirmənin təşkili layihəsinin icrası davam edir.

Layihə “Faiq” Kənd təsərrüfatı məhsulları istehsalçılarının İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə keçirilən növbəti tədbirdə İctimai Birliyin sədr müavini Vaqif Həsənov, layihənin eksperti və şagirdlər iştirak ediblər.
V. Həsənov dövlət-din münasibətlərində İslami dəyərlərimizin qorunması ilə yanaşı, dini radikalizmə qarşı mübarizənin gücləndirilməsindən danışıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsini və ölkəmizdə multikultural və tolerant mühitin mövcud olduğunu diqqətə çatdırıb.
Ekspert Azərbaycanda minlərlə məscidin tikilməsindən, əsaslı bərpa olunmasından danışıb. Hazırda Azərbaycanda 2100 məscid fəaliyyət göstərdiyini deyən ekspert Heydər Əliyev Fondu tərəfindən tarixi məscid və əsaslı təmir olunduğunu qeyd edib. Bildirilib ki, ölkədə məscidlərlə yanaşı, kilsə və sinaqoqlar da fəaliyyət göstərir.
Tədbirdə iştirakçılara layihə çərçivəsində çap olunmuş bukletlər paylanılıb, dəftərxana ləvazimatları hədiyyə edilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !