Dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi mövzusunda tədbir keçirilib - + FOTO

Dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi mövzusunda tədbir keçirilib + FOTO

Qubada Dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi mövzusunda tədbir keçirilib.

 

Tədbir “Azərbaycan modeli: İslami dəyərlərin qorunması, dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi” mövzusunda maarifləndirmənin təşkili layihəsi çərçivəsində təşkil olunub.

 

Layihə “Faiq” Kənd təsərrüfatı məhsulları istehsalçılarının İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

 

Tədbirdə İctimai Birliyin sədr müavini Vaqif Həsənov layihənin regionda yaşayan və təhsil alan yeniyetmə və gənclər, həmçinin region əhalisi arasında dini maarifləndirmə işləri aparmaq məqsədi ilə icra olunduğunu diqqətə çatdırıb.
Layihənin eksperti yeniyetmələrə dövlətimizin islami dəyərlərin qorunması istiqamətində gördüyü işlər haqqında məlumat verib.
Tədbir iştirakçılarına layihə çərçivəsində çap olunmuş bukletlər paylanılıb, dəftərxana ləvazimatları hədiyyə edilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !