DEPUTATIMIZ AVRONEST PA-nın KOMİTƏ İCLASLARINDA İŞTİRAK EDƏCƏK -

DEPUTATIMIZ AVRONEST PA-nın KOMİTƏ İCLASLARINDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Muxtar Babayev AVRONEST PA-nın komitə iclaslarında iştirak etmək üçün noyabrın 29-dan Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq.
Qurumun Enerji təhlükəsizliyi komitəsində iqlim dəyişikliklərinə dair 2015-ci il Paris razılaşmasının tətbiqi, bununla bağlı Şərq Tərəfdaşlığı ölkələri ilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə hesabat və təşkilati məsələlərə baxılacaq.
İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq komitəsinin yığıncağında Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində gənclərin məşğulluq problemi, Avropa İttifaqının maliyyə perspektivləri, bunun Şərq Tərəfdaşlığı ölkələri ilə iqtisadi əməkdaşlığa təsiri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Millət vəkili toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini bildirəcək.
Səfər dekabrın 3-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !