Masallıda Məntiq İntellektual Oyunu üzrə rayon birinciliyi - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda “Məntiq” İntellektual Oyunu üzrə rayon birinciliyi + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Bu gün, 30 noyabr 2016-cı il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Masallı rayon ümumi orta məktəblərinin IX sinif şagirdləri arasında “Məntiq” intellektual oyunu üzrə Masallı rayon birinciliyi keçirilib.
Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və ölkədə aparılan gənclər siyasətinin hədəflərini, gənclər təşkilatlarının və gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirakını, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb.
Maraqlı mübarizə şəraitində keçən “Məntiq” bilik yarışının yekununda Masallı rayonunun Qızılavar kənd ümumi orta məktəbin komandası I yerə, Q.Babayev adına Mahmudavar kənd ümumi orta məktəbinin komandası II yerə, Ərkivan qəsəbə 5 nömrəli ümumi orta məktəbinin komandası III yerlərə layiq görülmüşlər.
Rayon birinciliyində qalib gəlmiş bütün komanda üzvləri Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

 

 

AZpress.AZ -
MÜXBİR
Əlihüseyn ŞÜKÜROV. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !