Virtual Qarabağ İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi məhsulların təqdimat mərasimi keçirildi - + FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov ) ( YENİLƏNDİ )

“Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi məhsulların təqdimat mərasimi keçirildi + FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov ) ( YENİLƏNDİ )

Bu gün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi yeni məhsulların - “Kəlbəcər - virtual səyahət” 3D qrafik təsvirli filminin, “Qarabağın geyimləri” elektron albomunun, “Virtual Qarabağ elektron kitabxanası”nın təqdimat mərasimi keçirildi.


FOTO : Dilavər Nəcəfov 

 

 

***

 

 

30.11.2016-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin istehsal etdiyi yeni məhsulların – “Kəlbəcər - virtual səyahət” 3D qrafik təsvirli filmin, “Qarabağın geyimləri” elektron albomunun, “Virtual Qarabağ elektron kitabxanası”nın təqdimat mərasimi keçirilib.
Layihənin geçəkləşməsində əməyi olan hər bir şəxsə dərin təşəkkürümüzü bildiririk.İnşallah Ali baş komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siaysət nəticəsində torpaqlarımız işğaldan azad olcaq və belə tədbirləri Qarabağda, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olacaq torpaqlarımızda qeyd edərik.
Tədbiri giriş sözü ilə açan layihənin əlaqələndiriçisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehtiyev təqdim olunan yeni məhsulların məzmunu və xüsusiyyətləri haqqında məlumat verdi. Bildirildi ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya-Komunikasıya Texnologiyaları Mərkəzi tərəfindən Azərbaycan və ingilis dillərində istehsal olunan "Kəlbəcər-virtual səyahət" 3D qrafiq təsvirli film vasitəsilə Azərbaycanın işğal altında olan bölgəsi olan Kəlbəcərin tarixi abidələri, meydanları, qalaları, küçələri, Aşıq Şəmşir adına mədəniyyət evi, Ustad sənətkar aşıq Şəmşirin məzarı, Tarix Diyarşünaslıq müzeyi, şahmat məktəbi, müsəlman və xiristian abidələri qrafiq təsviri ilə canlandırılır. Filmdə Kəlbəcərin Lök qalası Xudavənk, Gəncəsar monastrları, Kəlbəcərin qayaüstü təsvirləri, "İstisu" sanotoriyası kimi məşhur tarixi və müasir abidələri qrafika ilə təsvir olunur. Film gənc nəslin Qarabağ, işğal olunmuş torpaqlarımız haqqında vizual məlumatlanmasına töhfə verir. Filimin ideya müəllifi və rəhbəri Nurəddin Mehtiyevdir. Filmin məsləhətçiləri "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov, Bərzani Əsgərov və Səbuhi Huseynov rejissoru Teymur Nəcəfovdur. Filmin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiy əsinə töhfə vermək, onların Qarabağ haqqında bilgilərini artırmaqdır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !