Qədim Quba gənclərin gözü ilə! layihəsinin icrası davam edir - + FOTO

“Qədim Quba gənclərin gözü ilə!” layihəsinin icrası davam edir + FOTO

“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Qədim Quba gənclərin gözü ilə!” layihəsini icrasını davam etdirir.
Quba rayonunda layihə çərçivəsində növbəti tədbir keçirildi.
Tədbirdə yeniyetmələrə layihənin məqsədi və donoru haqqında məlumat verildi.
Yeniyetmələrlə qədim keçmişimizin və tarixi yerlərimizin öyrənilməsi məqsədi ilə söhbət aparıldı. Azərbaycanın tarixi keçmişi, Qubanın gəzməli və gözəl mənzərəli yerləri, Qubada turizmin inkişafı məqsədi ilə yaradılan şəraitdən danışılıb. Rayonda olan qədim abidələrin qorunub saxlanmasından məlumat verilərək onların restavrasiya olunmasının əhəmiyyəti vurğulandı.
Şagirdlərə layihə çərçivəsində hazırlanmış məlumatlandırıcı bukletlər və dəftərxana ləvazimatları paylanıldı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !