Daşkənddə "Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə" rəsm və əl işləri sərgisi keçirilib - + FOTO

Daşkənddə "Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə" rəsm və əl işləri sərgisi keçirilib + FOTO

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Daşkənddə "Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə" rəsm və əl işləri sərgisi keçirilib.
Tədbir Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Azərbaycandakı "Region Gənclərinin İnkişafina Töhfə" İctimai Birliyinin, habelə Özbəkistandakı "MÜMTOZ" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Mədəniyyət Mərkəzinin foyesində təşkil edilən sərgidə Azərbaycan uşaqlarının qardaş Özbəkistan haqqında yaratdığı rəsm əsərləri nümayiş etdirilmişdir. Rəsmlərdə Azərbaycan uşaqları əsasən Özbəkistanın mədəniyyəti, tarixi, abidələri, ədət və ənənələrinə dair çəkdikləri rəsmlər öz əksini tapmışdır.
Qeyd edək ki, bununla əlaqədar Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Müsabiqə elan olunmuş, Müsabiqənin Təşkilat Komitəsi tərəfindən yüksək qiymətləndirilən işlər Daşkənddə keçiriləcək sərgiyə gətirilib.
Sərgi çərçivəsində hazırlanan sərgidə Özbək uşaqlarına Azərbaycan mədəniyyətini, milli xalçalar, kəlağayılar, habelə milli musiqi alətlərimiz nümayiş etdirilib.
Sərginin açılışında çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəsm sərgisinin keçirilməsinin əsas məqsədi iki ölkənin yeniyetmə və gəncləri arasında əlaqələrin və təcrübə mübadiləsinin genişləndirilməsi olduğunu qeyd etmiş, layihəyə 2013-cü ildən start verildiyini qeyd edib. O, həm Özbəkistan uşaqlarının, həm də Azərbaycan uşaqlarının bu layihəyə fəal qoşulduqlarını və layihə çərçivəsində gözəl rəsmlər yaratdıqlarını söyləyib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Azərbaycandakı "Region Gənclərinin İnkişafina Töhfə" İctimai Birliyinin sədri İlkin Əliyev, Özbəkistandakı "MÜMTOZ" İctimai Birliyinin sədri Raxmatulla Xocayev iki xalq arasındakı mədəni-ədəbi əlaqələrdən danışaraq gələcək nəsillərimiz olan yeniyetmə və gənclərə ölkələrimizi, dostluğumuzu təbliğ etmək, istedadların üzə çıxarılmasında layihənin əhəmiyyətindən danışıblar.
Daha sonra Daşkənddəki Qlier adına ixtisaslaşmış musiqi akademik liseyinin şagirdləri Azərbaycan və Özbək bəstəkarlarının əsərlərini ifa edib, Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizlə çıxış etmişlər.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !