Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Torpaq uğrunda ölən varsa Vətəndir! adlı layihənin yekun tədbir-sərgisi keçiriləcək -

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihənin yekun tədbir-sərgisi keçiriləcək

2016-cı il noyabrın 30-da saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihənin yekun tədbir-sərgisi keçiriləcək.
2016-cı ildən Azərbaycan Respublikası Milli Qəhrəmanlarını bir daha anmaq məqsədilə muzeyimiz “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihəyə start verib. Bu layihə çərçivəsində Azərbaycan İstiqlal Muzeyi Bakı şəhərində yerləşən bir sıra məktəblərdə, hərbi hissələrdə Milli Qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə sərgi-tədbirlər keçirib, onların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirib.
Muzeydə təşkil olunan sərgidə İsgəndər Aznaurovun, Ələkbər Əliyevin, Eldar Tağızadənin, Əfqan Hüseynovun, Ələsgər Novruzovun, Hikmət Nəzərlinin, Məzahir Rüstəmovun, Salatın Əsgərovanın, Gültəkin Əsgərovanın və digər Milli Qəhrəmanların şəxsi əşyaları nümayiş olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, Milli Qəhrəmanların ailə üzvlərinin çıxışları və video çarxın nümayişi nəzərdə tutulub.
Tədbirdə Milli Qəhrəmanların dostları və ailə üzvləri, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak edəcəklər.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !