Çıraqqala Şabranı Biləndər in finalında təmsil edəcək - + FOTO

“Çıraqqala” Şabranı “Biləndər”in finalında təmsil edəcək + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra edilən “Biləndər” Zəkaların qış kuboku” adı layihə çərçivəsində Şabran rayonunda seçim turu təşkil edilib.
Şabran şəhərində baş tutan seçim turunda yeniyetmə və gənclərdən ibarət 8 komanda qələbə uğrunda mübarizə aparıb.
Rəsmi hissədə çıxış edən təşkilatın rəhbəri Ramin Mahmudov bildirib ki, regionlarda gənclərin intellektual inkişafı,dünyagörüşünün inkişafı, komanda şəkilində işləmək bacarıqının inkişafı vacib amillərdəndir. Layihəyə dəstək verdiyi üçün Gənclər Fonduna minnətdarlıq bildirib və qeyd edib ki, layihənin əsas məqsədi gənc nəslin təhsilə, elmə marağının artırılmasına dəstək vermək, gənc nəsil arasında Azərbaycan ədəbiyyatı, incəsənəti, tarixi, coğrafiyasına , eləcə də dünyaya aid biliklərin intellektual oyunlar vastəsilə öyrədilməsini təşkil etməklə onlarda vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə nail olmaqdır.
Tədbirdə çıxış edən Şabran rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fərid Bağırzadə bildirib ki, bu kimi layihələrin regionlarda icra edilməsi həm region gənclərinin ictimai aktiliyinin artmasına, həm də onların paytaxt gəncləri ilə intellektual asəviyyədə ayaqlaşa bilməsinə təkan verir. Bu istiqamətdə Şabran rayonunu da layihələrinə daxil etdiklərinə görə təşkilata təşəkkürünü bildirən icra hakimiyyətinin rəsmisi əlavə edib ki, intellektual, bilikli, məntiqi təhlil qabiliyyəti yüksək olan gənclərin üzə çıxarılması və yetişdirilməsi ölkəmizin inkişafında böyük əhəmiyyət daşıyır.
Şabran rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Elvin Vəliyev çıxışında Gənclər Fondunun bu tipli layihələrə daim dəstək verməsi nəticəsində regionda intellektual hərəkatın davamlı inkişaf etdiyini qeyd edib. O, əlavə edib ki, vaxtaşırı rayonda təşkil olunan bu tipli tədbirlər nəticəsində Şabranın gəncləri müxtəlif intellektual oyunlarda artıq zonada güclü rəqibə çevriliblər.
Rəsmi hissədən sonra yarışa start verilib. Nə? Harada? Nə zaman? formatında baş tutan seçim turunda 24 sualın yekununda “Çıraqqala” komandası 10 suala doğru cavab verərək turnirin qalibi adını qazanıb və dekabr ayında Quba şəhərində keçiriləcək final mərhələsinə vəsiqə əldə edib. “Danger” komandası 9 xalla ikinci, “Təqaüdçülər” adlı komanda isə 8 xalla üçüncü mükafata sahib olublar.
Yekunda qalib və mükafatçılara kubok, medal, diplomlar və layihənin digər tərəfdaşı National Geography jurnallarının nümunələri hədiyyə edilib.
Qeyd edək ki, dekabr ayınadək davam edəcək layihə çərçivəsində artıq Xızı, Siyəzən və Qusar rayonlarında seçim turları təşkil edilib. Xaçmaz və Quba bölgələrində də keçiriləcək seçim turları nəticəsində qalib komandalar Quba şəhərində təşkil olunacaq final mərhələsində ən güclü “BİLƏNDƏR”i müəyyən edəcəklər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !