ART CONCUL Azərbaycanın yeni uğurlu layihəsi ! - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

ART CONCUL Azərbaycanın yeni uğurlu layihəsi ! + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Bu il Art Concul Azərbaycan beynəlxalq ictimai birliyinin 10 yaşı tamam olur. Keçən illər ərzində Bakıda yerləşən Art Concul Azərbaycan beynəlxalq birliyi bir çox uğurlu layihələrə imza atmışdır.Hər zaman incəsənətin inkişafına , mədəniyyətimizin ənənələrimizin başqa millətlərə çatdırılmasında yaxından iştirak edən Art Concul Gənclərə də Hər zaman böyük dəstək olmuşdur.
AZpress.AZ xəbər verir ki, 25 noyabr 2016-cı il tarixində Yubiley proqramı çərçivəsində Art Consul Azərbaycan, Art Concul Moldova və Moldovanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə tarixi-arxitekturalı dövlət qoruğu “İçərişəhər” də Moldovalı fotoqraf Anatolya Poyatenin “Moldova. İnsanlar və torpaq” adlı foto sərgisi açılmışdır.
Fotolarda Müasir Moldovanın landşaftı, mənzərəsi, abidələri, arxitekturalı binaları və əlbətdə rəng çalarları ilə seçilən təbiəti əks olunmuşdur.Sərgini açıq elan edən Art Concul Azərbaycan beynəlxalq birliyinin rəhbəri Dadaş Məmmədov sərginin keçirilməsindən olduqca məmnun olduğunu və bu sərginin iki dost ölkələr arasında da sıx əlaqə olacağını bildirmişdir. Azpress.AZ nəzərinizə çatdırır ki, sərginin nümayişini izləməyə Modovanın Azərbaycandakı səlahiyyətli səfiri George Luka da təşrif buyurmuşdur. George Luka çıxışı zamanı fotoqrafın fotoları Moldovanın ecazkar mənzərəsini olduqca kolaritli rənglərlə gostərdiyini bildirmişdir. Bu sərginin Azərbaycan fotoqrafları və Moldova fotoqrafları arasında yeni bir layihələrin yaranmasına, körpülərin salınmasına şans yaradacağına əmin ola bilərik. Qeyd edək ki, sərgidə Azərbaycanın Rüstəm Fərman İsmayılov, Vuqar İbadov, İradə Qadirova, Rustəm Hüseynov Eldar Əkbərov kimi peşəkar fotoqrafları iştirak etmişdir.
AZpress.AZ , Minə Türksoy.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !